CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azyaşlılara qarşı törədilən cinayətlərlə bağlı ən ağır cəza tədbirləri həyata keçirilir"

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidBaş prokuror Kamran Əliyev
Baş prokuror Kamran Əliyev - Sputnik Azərbaycan, 1920, 02.11.2021
Abunə olmaq
Baş prokuror Kamran Əliyev bütün kütləvi informasiya vasitələrindən bu kimi həssas məsələlərdə müəyyən qaydalara riayət olunmasını xahiş edib.
BAKI, 2 noyabr — Sputnik. "Təsədüfü hadisələr nəticəsində törədilən, böyük ictimai təhlükə törətməyən, az ağır, ehtiyatsızlıqdan törədilən cinayətlərlə bağlı humanistləşməyə getməliyik”.
Bunu “Real TV”yə müsahibəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.
“Hətta bəzi məsələlərdə dekriminallaşmaya getməliyik. Amma harada qatı, ağır, şəxsiyyət əleyhinə törədilən, korrupsiya və digər cinayətlər varsa, biz orada tam qəti, kəsərli addımlar atmalıyıq və atırıq da. Bizim qanunvericilikdə kifayət qədər əsaslar var. Azyaşlılara qarşı törədilən cinayətlərlə bağlı ən ağır cəza tədbirləri həyata keçirilir", - o vurğulayıb.
--------------------
01.11.2021
17:04
İmişlidə baş vermiş hadisə ilə bağlı şübhəli şəxs saxlanılıb. Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.
O vurğulayıb ki, hadisə ilə bağlı ilkin məlumatlar prokurorluğa məlum olandan dərhal sonra araşdırmalara başlanılıb və cinayət işi açılıb:

"Qısa müddət ərzində şübhəli şəxs müəyyən edilib saxlanılıb. İntensiv hərəkətlər davam etdirilir. Hadisəni törədən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və ona qarşı konkret ittiham irəli sürülməsi məsələsi mövcud olan sübutlar əsasında həll ediləcək. Bu, çox ciddi məsələdir və biz bunu daim nəzarətdə saxlayacağıq. Mən fürsətdən istifadə edib bütün kütləvi informasiya vasitələrindən xahiş edirəm ki, bu kimi həssas məsələlərdə müəyyən qaydalara riayət edilsin".

Qeyd edək ki, İmişli Rayon Mərkəzi Xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.
Xatırladaq ki, 11 yaşlı qızın övladı Respublika Klinik Xəstəxanasının Patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə 30-31 həftəlikdir.
Xəbər lenti
0