Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İmişlidə 11 yaşlı qızı zorlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib

© AFP 2024 / PHILIPPE LOPEZQandallanmış şəxs polis bölməsində, arxiv şəkli
Qandallanmış şəxs polis bölməsində, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.11.2021
Abunə olmaq
BAKI, 2 noyabr — Sputnik. İmişli rayonunda 11 yaşlı qızı zorlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N.-in (ad şərtidir) atalığı, 1978-ci il təvəllüdlü S.C. (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam edir.
Eləcə də oxuyun:
* On bir yaşlı ana, iki status, yeni planet və uşaq nevroloqu
* Dövlət Komitəsi: On bir yaşında ana olmuş qızın qardaşı da psixoloji təzyiqə məruz qalıb
* Nigar Camalın 11 yaşlı ana ilə bağlı paylaşımı - "Atalığa ömürlük cəza verilsin"
* Zorlanan uşaqla bağlı dövlət komitəsi açıqlama yaydı: ikisi də nəzarətə götürülüb
Xəbər lenti
0