CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Komitəsi: On bir yaşında ana olmuş qızın qardaşı da psixoloji təzyiqə məruz qalıb

© Pexels SkitterphotoQız uşağı, arxiv şəkli
Qız uşağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.10.2021
Abunə olmaq
Ailədə digər azyaşlı oğlana da psixoloji dəstəyin göstərilməsinə ehtiyacı olduğu müəyyən edilib.
BAKI, 31 oktyabr - Sputnik. İmişli rayon sakini 11 yaşlı qızın uşaq dünyaya gətirməsi faktı ilə bağlı görülən tədbirlərin davamı olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, eləcə də psixoloq uşağın yerləşdirildiyi xəstəxanada olub, vəziyyətin ilkin qiymətləndirilməsini aparıb.
Komitədən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmçinin Dövlət Komitəsi İmişli rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya ilə birgə müvafiq fəaliyyəti davam etdirir.
Belə ki, Komissiyanın nümayəndəsi tərəfindən zərərçəkmişin qardaşının da vəziyyətini qiymətləndirmək məqsədilə ailəyə səfər edilib. Nəticədə ailədə digər azyaşlı oğlana da psixoloji dəstəyin göstərilməsinə ehtiyacı olduğu müəyyən edilib.
Qeyd edilib ki, hər iki istiqamətdə psixoloji dəstəyin davam etdirilməsi ilə yanaşı, aparılan istintaqın nəticəsindən asılı olaraq, yetkinlik yaşına çatmayan qız və qardaşının, eləcə də körpənin mənafeyinə uyğun müvafiq qərarlar qəbul ediləcək və onların dövlət müəssisəsinə yerləşdirilməsi məsələsinə baxılacaq.
***
Qeyd edək ki, bu günlərdə ölkə İmişlidə 11 yaşlı qızın uşaq dünyaya gətirməsi xəbəri ilə silkələnib.
Məlum olub ki, İmişli sakini Günay Şükürova 27 oktyabr tarixində qızını götürərək qaynatası evinə gəlib. Orada bildirib ki, qızının qarnına su yığılıb, onu həkimə aparmaq lazımdır.
Bundan sonra azyaşlının nənəsi Sənubər xanım nəvəsini götürərək həkimə gedib və orada məlum olub ki, 11 yaşlı qız 31 həftəlik hamilədir.
Araşdırma zamanı məlum olub ki, 11 yaşlı qızın anası Günay Şükürovanın həyat yoldaşı Şamxal Şükürov bir neçə il əvvəl vəfat edib. Bundan sonra qadın rayon sakini Qurban Fərəcov adlı şəxslə qeyri-rəsmi birgə yaşamağa başlayıb. Dəhşətli hadisə də bundan sonra baş verib.
"Günay bir il beş ay bizdə qaldı, burada söz-söhbət olmadı. Getdi atasının evinə, mənim sinif yoldaşım Qurban ona elçi getdi, aldı. Yaxın vaxtlarda bilmişik ki, qızı zorlayıb. Dünən uşaq dünyaya gətirib. İndi uşağın harada qalması sual altındadır. Ana tərəfi istəmir, ata tərəfi istəmir", - bu sözləri qızın əmisi Sabutay Şükürov bildirib.
Araşdırma zamanı o da məlum olub ki, Q.Fərəcov azyaşlını bir neçə dəfə zorlayıb.
S.Şükürov qeyd edib ki, uşağın anası hadisəni bilərəkdən gizlədib. Qeyd edək ki, faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Eləcə də oxuyun:
* Taksi sürücüsü məktəbli qıza təcavüzə cəhd etdi
* Sənay Qəhrəmanlıya cinsi təcavüz etməkdə təqsirləndirilən şəxs həbs edilib
Xəbər lenti
0