SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səfir: "Heç bir üçüncü dövlət İsrail-Azərbaycan münasibətlərinə mane ola bilməz"

© Photo : Facebook / George DeekCorc Dik
Corc Dik - Sputnik Azərbaycan, 1920, 26.10.2021
Abunə olmaq
İsrailin Azərbaycandakı səfiri deyib ki, əməkdaşlığın gələcəyinin parlaq olacağına və İsraillə Azərbaycan arasında daha çox iş birliyi görəcəyinə ümid edir.
BAKI, 26 oktyabr — Sputnik. Biz İsrail-Azərbaycan münasibətlərinin inkişafını və çiçəklənməsini görməkdən məmnunuq. Sputnik Azərbaycan xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik öz "Twitter" səhifəsində yazıb.
"Rebuild Karabakh sərgisində İsrailin pavilyonu bunun simvoludur. Biz kənardan gələn səsləri nəzərə almadan tərəfdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik", - deyə Səfir öz hesabında yazıb.
"Biz bu dostluğu dəyərləndiririk və getdikcə artmasından məmnunluq duyuruq. Və heç bir üçüncü dövlət, heç kim bizim münasibətlərimizə nə qarışa, nə də mane ola bilər. Bizim əməkdaşlığımızın gələcəyinin parlaq olacağına və İsraillə Azərbaycan arasında daha çox iş birliyi görəcəyimə ümid edirəm"
Rebuild Karabakh 2021
Qeyd edək ki, 20-22 oktyabr tarixlərində "Rebuild Karabakh" - Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisi Bakı Ekspo Mərkəzində keçirilib. Sərgi həm yerli, həm də xarici şirkət və strukturların marağını cəlb edib. Almaniya, Gürcüstan, İsrail, Macarıstan və Türkiyədən 5 milli pavilyon 1-ci "Rebuild Karabakh"sərgisində iştirak edib. Milli pavilyonlar ölkələrinin ticarət və sənaye palatası dəstəyi ilə təşkil edilir. İştirakçılar arasında bir çox Azərbaycan dövlət strukturları və özəl şirkətlər olub
Sərginin ekspozisiyasına təhlükəsizlik, hasilat sənayesi, səhiyyə, informasiya texnologiyaları, təhsil, qida sənayesi, kənd təsərrüfatı, inşaat, yol tikintisi və infrastruktur, nəqliyyat, turizm və mədəni irs, enerji, ekologiya sahələri daxildir. Sərgidə "yaşıl enerji", "ağıllı kənd" layihələri, işğaldan azad edilmiş ərazilərdə yerləşən su və su qurğuları, onların bərpası, mühafizəsi və səmərəli istifadəsi üçün planlaşdırılan layihələr, yeni hava limanları və bir çox başqa layihələr də yer alıb.
"Caspian Event Organisers" şirkəti və Qarabağ Dirçəliş Fondu arasında imzalanan Anlaşma Memorandumuna əsasən, "Rebuild Karabakh" sərgisində iştirak edən şirkətlərin qeydiyyat haqlarının bir hissəsi azad edilən ərazilərin bərpası üzrə işlərin həyata keçirilməsi üçün Fonda yönləndirilib. Fonda ediləcək ianə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurması ilə bağlı vəzifələrin həyata keçirilməsi istiqamətində görüləcək işlərə əlavə dəstək olacaq.
Bundan başqa, qeyd edək ki, "Rebuild Karabakh" sərgisinin proqramına "Azərbaycanda yaradılan biznes mühiti və investisiya imkanları", "İşğaldan azad olunan ərazilərin iqtisadi, investisiya və turizm potensialı, Qarabağda həyata keçirilməsi təklif olunan layihələr, "Made in Karabakh" əmtəə nişanına dair təqdimatlar", "Qarabağın enerji potensialı – azad olunan bölgələrdə "yaşıl energetika"nın inkişaf imkanları, regionun müharibə sonrası bərpası", "Rəqəmsal iqtisadiyyat", "Dördüncü Sənaye İnqilabı üzrə Azərbaycanda yeniliklər" mövzularında təqdimatlar daxil edilib.
Qeyd edək ki, Azərbaycan şirkətləri sərgi iştirakçılarının 40%-ni təşkil edir.
Xəbər lenti
0