Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

On bir yaşlı ana, iki status, yeni planet və uşaq nevroloqu

© Sputnik / Murad OrujovBakının mərkəzində insanlar, arxiv şəkli
Bakının mərkəzində insanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.11.2021
Abunə olmaq
Ermənistan hakimiyyəti də reallığı dərk edir, ancaq revanşistlərin qorxusundan yüksək səslə deyə bilmir, yalnız arabir mesajlarla kifayətlənirlər.
Tanrıya məktub
Sevgili Tanrı, doğurdan varsanmı? Bəziləri buna inanmır: Əgər varsansa, gecikmədən bir şeylər etməyində fayda var.
(6 yaşlı Harriet Annın tanrıya məktubu)
Qlobal istiləşmə, silahlanma, pandemiya... və 11 yaşlı qızın ögey atası tərəfindən zorlanması... Yer kürəsi ilə ilahi güc arasında rabitənin itdiyindən şübhələnməyə ciddi əsaslar yaranır.
İsrailli mütəxəssislər “AY.4.2”nin “Delta”dan 15 dəfə daha yoluxucu olduğu qənaətindədirlər. ÜST rəhbəri Qebreyesus isə deyib ki, pandemiyanın başa çatmasına hələ çox var. Təşkilat "G20" ölkələrindən 23,4 milyard dollarlıq büdcə istəyib.
G-20-nin toplantısı ərəfəsində BMT baş katibi isə iqlim dəyişiklikləri ilə bağlı xəbərdarlıq edib: “Hökumətlər, əsasən də Böyük İyirmilik qrupuna aid ölkələr lazımı səyləri göstərməyəcəyi təqdirdə insani iztirablar qaçılmaz olacaq”.
Daha bir insani iztirab isə İmişli rayonunda yaşandı: 11 yaşlı qız uşaq dünyaya gətirdi. Onun ögey atası tərəfindən zorlandığı deyilir.
Bizdə ölüm hökmü ləğv olunub, eləmi?!
Zəngəzur gerçəkliyi
“Onlar dəhliz deyirlər, biz buna yol deyirik. Biz onlara dəhliz verməyəcəyik. Biz onlara yol veririk – dəmir yolu və ya avtomobil yolu.
Erməni deputat Qaqik Melkonyanın sözləri bir daha Ermənistandakı dəhlizəfobiyadan xəbər verir. Bu xof dəfələrlə Paşinyanın ritorikasında da aydın sezilib. Olsun yol. Etiraz etmirik. Onlar buna yol desinlər. Fakt odur ki, Azərbaycan və Türkiyə Prezidentləri ötən həftə Zəngəzur dəhlizinin təməlini qoydu. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu bu dəhlizin başlanğıcıdır.
Çemodanlarınızı hazırlayın. Füzuli beynəlxalq hava limanı da artıq ixtiyarımızdadır. Ötən ilin ən döyüşkən xalqı idik. 8 aya beynəlxalq aeroport tikməklə, Qarabağda başlanmış nəhəng yenidənqurma ilə 2021-ci ilin ən zəhmətkeş, ən məhsuldar xalqıyıq yəqin ki...
Əslində, bu dəhliz Ermənistanın özü üçün də xilas jiletidir. Türkiyə boyda nəhəng bazarla əlaqə - yeri gəlmişkən, Ermənistan iqtisadiyyatı Türkiyə iqtisadiyyatının 1/60-nə bərabədir, - Cənubi Qafqazın iqtisadiyyatının 75 faizini özündə birləşdirən Azərbaycanla əməkdaşlıq, asılı olduğu Rusiya ilə Gürcüstan üzərindən olmayan daha yaxın marşrut erməniləri səfalətdən çıxara bilər. Və daha bir yeri gəlmişkən, 1980-ci illərdə Ermənistanla Rusiya arasında ticarət əlaqələrinin təxminən 85%-i Azərbaycandan keçən dəmir yolları şəbəkəsinin payına düşüb.
Ermənistan hakimiyyəti də reallığı dərk edir, ancaq revanşistlərin qorxusundan yüksək səslə deyə bilmir, yalnız arabir mesajlarla kifayətlənirlər. Məsələn, ölkənin iqtisadiyyat naziri Kerobyan bildirib ki, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin açılması nəticəsində Ermənistanın ümumdaxili məhsulu 2 il ərzində 30% artacaq.
Hələlik artansa dövlət borcudur. Budur, 2 aya bu borc 86 milyon artaraq 9 milyardı keçib.
Yeni planetə köçsünlər
Yox, ermənilər hələ də köhnə stereotiplərin ətəyindən asılıb qalmaqda israrlıdırlarsa, deməli, onların xəstəliyi müalicəyə tabe olmur. Təcili özlərinə Yer kürəsindən kənarda yer tapmalıdırlar.
Yenə yeri gəlmişkən, NASA Yerdən 28 milyon işıq ili uzaqlıqda bir planet kəşf edildiyini açıqlayıb.
Kəşflərdən söz düşmüşkən, Tokio Universitetinin alimləri dünyanın ilk düşünən robotunu hazırlayıblar. Laboratoriyada çoxaldılan canlı beyin hüceyrələrindən istifadə edərək süni intellektlə dəstəklənən robot alqoritmi səhv qərar verdikdə beyin hüceyrələri tərəfindən xəbərdar edilir. Ola bilsin, bir azdan bizə - insanlara heç yerdə ehtiyac olmasın.
Yaponlara dayanmaq bilmir - uçan motosiklet kəşf ediblər. Yeni iki təkərli havada 40 dəqiqəyə qədər qala və saatda 100 km sürətlə hərəkət edə bilir.
Klavyatura qəhrəmanları
Yox, klavyatura arxasında aslana dönənlərdən söhbət getmir. Məsələ belədir ki, ötən həftə iki tanınmış yazdığı statuslarla həftənin qəhrəmanına çevrildi.
Şeyxin qardaşı, deputat Cavanşir Paşazadə Facebookdakı statusu ilə özünü dilə-dişə saldı. 1 cümlədə 5 orfoqrafik səhv buraxılan bu əndrabadi cümləni deputatın sürücüsü yazıbmış və belə məsuliyyətsizliyə görə işdən çıxarılıb. Əcəb cəzalandırma tədbiridir. Deputat köməkçinin açıqlamasında deyilir:

“Hörmətli deputatımız fikrini dedi, o da telefonda müəllimin səhifəsinə yazdı. Sürücü də tələskənliyindən belə texniki xətalara yol verib. Bu yanlışlığına görə sürücü işdən çıxarılıb. Belə səhvlər hamıda ola bilər, şişirtməyə ehtiyac yoxdur. Şəxsiyyət bir vergüllə ölçülmür”.

Bəs onda müəllim yazıq sürücünü niyə işdən qovub?! Bu qərar orfoqrafik səhvlərdən daha çox səhv deyilmi?!
Daha bir statuslu adamın statusu ötən həftə gündəm oldu – xalq yazıçısı Çingiz Abdullayev. Görün, yazıçımız aldı klavyaturanı nə yazdı:
"Hadisə İstanbul hava limanında baş verib. Biznes salonda həmişə iki-üç şüşə su götürürəm. Amma uçuşumuz gecikdi və biz bir saatdan çox təyyarəyə minməyi gözlədik. Yaxınlıqda nəvəmə oxşayan balaca bir oğlan var idi. O, ağlayaraq nənəsindən su istədi. O, çarəsizcə ətrafa baxdı. Heç yerdə su yox idi. Bir şüşə çıxarıb oğlana verdim. Nənənin gözlərini görməli idin. Amma ən əsası odur ki, həyatımda özümü bu qədər rahat hiss etməmişdim".
Bilürsünüz, görkəmli yazıçımız birinci dəfə deyil, qınaq obyektinə çevrilir, amma bu dəfə onun hədəfə çevirən status onun insani portretini müzakirəyə çıxarıb. Xırda bir “xeyirxahlığı” ictimaiyyətin diqqətinə çatdırmaq (oxu: “gözünə soxmaq”) nəyə hesablanmışdı – sosial şəbəkədəki rəylərdə hamı bu suala cavab axtarır.
“Facebook”dan “Meta”ya
Bax beləcə, çoxunu işə salan Facebook adını dəyişdi. Sosial şəbəkə əvvəlki adında qalır, ancaq özündə bir çox şirkətləri birləşdirən şirkət bundan sonra “Meta” adlanacaq.
Rebrendinqin səbəbi təxminən aydındır – son 1 ildə şirkət bir neçə dəfə böhranla üzləşdi: məlumatların ötürülməsi, məxfiliyinin təmin olunmaması, sistemin çökməsi...
Və budur, ötən həftə Mark Zukerberq və həyat yoldaşı keçmiş ev menecerləri tərəfindən qısnama və ayrı-seçkiliyə görə məhkəməyə verilib.
Həkim zorakılığı
Qısnama və facebookdan söz düşmüşkən, ötən həftə həkim etikası sosial şəbəkədə müzakirəyə çevrildi. Təəssüflər olsun ki, əlindən və danışığınddan da şəfa gözlədiyimiz bəzi həkimlər “professor” rütbəsinin eyforiyası altında nəinki peşə normalarını pozur, elementar etik davranış həddini də gözləmir.
Əlaqədar qurumların, xüsusilə Səhiyyə Nazirliyini menyusu üçün tanınmış pediatr Aytən İsmayılzadənin facebook statusu: “Uşaq nevroloqu Zakir Əliyev. Professor. Siz lap akademik də ola bilərsiz, amma bir uşağa "sən ağıldan kəmsən, elə ağıldan kəm də qalacaqsan" deməyə ixtiyarınız yoxdur.
Biz tələbə olanda sizin adınızla bağlı çox mənfi söhbətlər eşitmişdik. Eşitmişdik ki, qəbula gələn bir ananın ağır nevroloji xəstəliyi olan uşağını zibil vedrəsinə qoymusunuz ki, bundan daha uşaq olmaz. Başqa ana deyir ki, qapını bağlayıb başına vurmusuz ki bu nə uşaq saxlamaqdı. Etdikləriniz həyatdan çıxara bilmədiyiniz acığınızdı ya psixoloji probleminiz ya da uşaqlara həddən artıq "qayğınız".
Səhiyyə Nazirliyi daxilində bu işlər necə tənzim olunur bilmirəm. Görünür ki indiyə kimi heç kimə bu məsələ maraqlı olmayıb. Şəxsiyyətin alçaldılmasına görə hüquq - muhafizə orqanlarına muraciət etməlidir yoxsa analar? Heç kəs də etmədiyinə gorə bu gunə kimi də bu doktor öz ampulasındadır. Bu məsələ ciddidir.
Zatən ona muraciət edənlər ağır nevroloji, çox vaxt geridönməz problemləri olanlardır. Valideynlər bitkin olur. Onun bu davranışı hansı çərçivəyə sığa bilər? Ola bilər eşitdiklərimiz şayə olub. Öz aramızda danışmışıq bitib. Amma bu yaxında olmuş hadisə məni onun haqda yazmağa məcbur etdi. Həm də elə bir ana mənə danışdı ki, özu ali təhsilli, jurnalist, səbrli, maarifli, mədəni bir xanım.
Zatən mən heç vaxt ona pasiyent yönləndirmədim. Çunki tələbə vaxtından eşitdiklərimə görə kiminsə bu cur həkimlə üz üzə gəlməyini istəmədim. Səhiyyə Nazirliyindən istədiyimiz budur ki, bu tip məsələlər lazımi mustəvidə həll edilsin. Z. Əliyevin qəbul etdiyi nevroloji problemli uşaqları, onların anasını alçaltmağa, Onlara mənəvi təzyiq göstərməyə haqqı yoxdur.
Burdan muraciət də məqsədim budur ki, bu məsələ işıqlandırılacaq. Və yaxşı olar ki kolleqadı, professordu, muəllimimiz olub deyərək yan keçməyək. Heç şubhə etmirəm ki onun bu munasibətlərini görub yolunu başqa uşaq nevroloqlarından salanlar az olmayıb.
Əgər mən təsadüfən biri ilə rastlaşdımsa, başqa pediatrlar uşaq nevroloqları, ya psixoloqlar daha çox hal ilə rastlaşıb. İndi mənə professor hesabına reytinq yığan deyənlər də tapılacaq. Onlar elə hımişə bu kimi məsələdə susanlardı. Amma onun qəbulundan uşağın diaqnozuna görə deyil, məhz munasibətinə, dediklərinə, mənəvi təzyiqinə görə alt-üst olmuş bu ana uçun mən yazmalıydım. Gerisi səhiyyə sistemimizin işi”.
Topsuz bölgələr
Yeni gənclər və idman naziri Fərid Qayıbov deyib ki, federasiyaların işi araşdırılır.
Yəqin ki, AFFA-nı daha ciddi sınaq gözləyir, çünki futbolun son 2 onillikdə nəinki inkişaf etmədiyi, əksinə tənəzzül yaşadığı göz önündədir. “Qarabağ”ın uğurlarının ətəyindən yapışıb qalmışıq, yığma nəticə vermir, digər klublar Avropa turnirlərini ilk turlardan tərk edir, bölgələrdə futbol yoxa çıxıb və s.
Nisbətən orta yaşlı futbol azarkeşlərinin yadında olar, “Şəmkir”, “Kəpəz”, Masallının “Viləş”, Yevlaxın “Karvan” və s komandaların oyunları necə maraq doğururdu.
İndi bölgələrə gedib uşaqlara top paylamaqla nəticə dəyişməyəcək, ölkə çempionatı paytaxt liqasına dönüb.
Xəbər lenti
0