Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Paytaxtda məktəb-liseyin karantin müddəti daha 10 gün uzadılıb

© Sputnik / Emin AlisahibMəktəbdə dezinfeksiya, arxiv şəkli
Məktəbdə dezinfeksiya, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.10.2021
Abunə olmaq
Bu müddət ərzində təhsil müəssisəsində dərslər distant formada davam etdiriləcək
BAKI, 30 oktyabr — Sputnik. Bakı şəhəri 20 nömrəli məktəb-liseydə karantin müddəti daha 10 gün uzadılıb. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, son günlərdə 20 nömrəli məktəb-liseyin daha bir neçə müəllim və şagirdinin COVID-19 virusuna yoluxması faktı təsdiqini tapdığı üçün Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən karantin müddəti uzadılıb.
Bildirilib ki, bu müddət ərzində təhsil müəssisəsində dərslər distant formada davam etdiriləcək, tədrisin davamlılığı təmin olunacaq.
Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Eləcə də oxuyun:
* Azərbaycanda neçə sinif distant təhsilə keçib? Nazirlik rəqəmləri açıqladı
* "Çıxış yolu yeni qadağalar deyil" desələr də... Noyabrın 15-dən karantin sərtləşdiriləcək?
* COVID-19 kimin işinə yarayır: dərsi boş keçən müəllimin, yoxsa şagirdin?
Xəbər lenti
0