https://sputnik.az/20211102/abs-in-yuksek-vezifeli-diplomati-azerbaycana-gelir-434810275.html
ABŞ-ın yüksək vəzifəli diplomatı Azərbaycana gəlir
ABŞ-ın yüksək vəzifəli diplomatı Azərbaycana gəlir
Sputnik Azərbaycan
BAKI, 2 noyabr — Sputnik. ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda Katib müavininin yeni təyin olunmuş köməkçisi Erika Olson regional... 02.11.2021, Sputnik Azərbaycan
2021-11-02T14:08+0400
2021-11-02T14:08+0400
2021-11-02T14:08+0400
siyasət
abş
səfər
abş dövlət departamenti
cənubi qafqaz
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/03/04/426375402_0:183:2999:1869_1920x0_80_0_0_efec2e20f51aa744519a8df53431b95e.jpg
BAKI, 2 noyabr — Sputnik. ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda Katib müavininin yeni təyin olunmuş köməkçisi Erika Olson regional əməkdaşlığı inkişaf etdirmək və ikitərəfli məsələləri müzakirə etmək üçün Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək. Bu barədə ABŞ səfirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.Yerevanda olarkən Katib müavininin köməkçisi 2-4 noyabr tarixlərində ABŞ-ın Ermənistandakı səfiri Lin M.Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli C.Deqnan və ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, həmçinin Qafqaz danışıqları üzrə baş məsləhətçi Endryu Şofer və USAID Administrator müavininin köməkçisi Aleksandr Sokolovski ilə birlikdə Missiya Rəhbərlərinin regional toplantısında iştirak edəcək."Biz bu çoxdankı ənənəni bərpa etməkdən və regiondakı hər üç ölkə ilə bağlı siyasətimizi daha yaxşı əlaqələndirmək məqsədi ilə fikir və məlumat mübadiləsi aparmaq üçün regiondan və Vaşinqtondan olan həmkarlarımızla bir araya gəlməkdən məmnunuq", - səfirliyin məlumatında deyilir.İştirakçılar Ermənistan hökuməti və vətəndaş cəmiyyətinin nümayəndələri ilə daxili müzakirələr, eləcə də məlumat xarakterli görüşlər keçirəcəklər. 2019-cu və 2018-ci illərdə ABŞ-ın Bakıdakı və ABŞ-ın Tbilisidəki səfirlikləri regional missiya rəhbərlərinin görüşlərinə ev sahibliyi ediblər.Eləcə də oxuyun:* Ərdoğan və Bayden Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər* Deputat Amerika təşkilatlarını inkvizisiya məhkəmələrinə oxşamaqda günahlandırdı* ABŞ-ın din xadimləri Ağdam və Şuşaya səfər ediblər
abş
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/04/426375402_0:0:2731:2048_1920x0_80_0_0_381aaadc46e49dbe322740bb5d0d1f7e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, səfər, abş dövlət departamenti, cənubi qafqaz, azərbaycan
abş, səfər, abş dövlət departamenti, cənubi qafqaz, azərbaycan
ABŞ-ın yüksək vəzifəli diplomatı Azərbaycana gəlir
BAKI, 2 noyabr — Sputnik. ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda Katib müavininin yeni təyin olunmuş köməkçisi
Erika Olson regional əməkdaşlığı inkişaf etdirmək və ikitərəfli məsələləri müzakirə etmək üçün Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək. Bu barədə ABŞ səfirliyindən
Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.
Yerevanda olarkən Katib müavininin köməkçisi 2-4 noyabr tarixlərində ABŞ-ın Ermənistandakı səfiri Lin M.Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli C.Deqnan və ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, həmçinin Qafqaz danışıqları üzrə baş məsləhətçi Endryu Şofer və USAID Administrator müavininin köməkçisi Aleksandr Sokolovski ilə birlikdə Missiya Rəhbərlərinin regional toplantısında iştirak edəcək.
"Biz bu çoxdankı ənənəni bərpa etməkdən və regiondakı hər üç ölkə ilə bağlı siyasətimizi daha yaxşı əlaqələndirmək məqsədi ilə fikir və məlumat mübadiləsi aparmaq üçün regiondan və Vaşinqtondan olan həmkarlarımızla bir araya gəlməkdən məmnunuq", - səfirliyin məlumatında deyilir.
İştirakçılar Ermənistan hökuməti və vətəndaş cəmiyyətinin nümayəndələri ilə daxili müzakirələr, eləcə də məlumat xarakterli görüşlər keçirəcəklər. 2019-cu və 2018-ci illərdə ABŞ-ın Bakıdakı və ABŞ-ın Tbilisidəki səfirlikləri regional missiya rəhbərlərinin görüşlərinə ev sahibliyi ediblər.
*
ABŞ-ın din xadimləri Ağdam və Şuşaya səfər ediblər