https://sputnik.az/20211031/erdogan-bayden-gorusunun-detallari-belli-oldu-434753252.html
Ərdoğan və Bayden Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Ərdoğan və Bayden Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Sputnik Azərbaycan
Türkiyə Prezident Administrasiyasının məlumatına görə, iki ölkə lideri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı... 31.10.2021, Sputnik Azərbaycan
2021-10-31T15:00+0400
2021-10-31T15:00+0400
2021-10-31T16:08+0400
dünya xəbərləri
abş
ərdoğan
mövlud çavuşoğlu
g20 sammiti
g20
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
f-16
rəcəb tayyip ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1f/434752674_0:0:1200:676_1920x0_80_0_0_dbd0b8ec530ad4efd79e231c3c1c21e6.jpg
BAKI, 31 oktyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Romada keçirilən G20 sammiti çərçivəsində amerikalı həmkarı Co Baydenlə görüşüb.Anadolu agentliyinin xəbərinə görə, görüş Bakı vaxtı ilə saat 13:15-də başlayıb. İki ölkə liderləri arasında mətbuata qapalı keçirilən danışıqlar təxminən 1 saat 10 dəqiqə davam edib.Türkiyə Prezident Administrasiyası yanında Əlaqələr Bürosundan verilən məlumata görə, iki ölkə lideri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı iradələrini ifadə ediblər. Onlar müvafiq birgə mexanizmin yaradılması barədə razılığa gəliblər. Bürodan bildirilib ki, görüş zamanı prezidentlər ikitərəfli ticarətin həcminin artırılması üçün ümumi perspektivə uyğun olaraq atılacaq addımları müzakirə ediblər. Qeyd olunur ki, Ərdoğan və Bayden NATO ilə müttəfiqlik və strateji tərəfdaşlığa diqqət ayırıb, həmçinin iqlim dəyişikliyi məsələsində atılan qarşılıqlı addımlardan məmnunluq ifadə ediblər. Öz növbəsində, Ağ Ev iki ölkə liderinin Cənubi Qafqaz, Suriya, Liviyadakı diplomatik səyləri və Şərqi Aralıq dənizindəki vəziyyəti müzakirə etdiyini bildirib. Türkiyə və ABŞ liderləri sonuncu dəfə iyun ayında Brüsseldə NATO sammiti çərçivəsində üzbəüz görüşüblər.***Bu gün Bakı vaxtilə saat 13:15-də İtaliyanın paytaxtı Romada ABŞ prezidenti Co Baydenlə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, “Böyük iyirmiliyin” (G20) liderlərinin sammiti çərçivəsində baş tutan görüş mətbuata qapalı olub. Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken də iştirak edib.Xarici KİV-lərin yazdığına görə, 1 saat 10 dəqiqə davam edən görüşün bəzi detalları bəlli olub.Qeyd olunur ki, görüşdə Bayden tərəfindən lazımsız gərginliklərdən uzaq durmağın faydasına və düşüncəsizcə edilən hərəkətlərin iki ölkənin müttəfiqliyinə fayda verməyəcəyinə diqqət çəkilib. Həmçinin Türkiyənin F-16 qırıcı təyyarələrini almaq tələbi və ABŞ-la müdafiə sahəsindəki əməkdaşlıq müzakirə olunub.Qeyd edək ki, Türkiyə və ABŞ prezidentləri "Böyük İyirmilik" (G20) ölkələri liderlərinin Roma sammitində iştirak edir.Həmçinin oxuyun: Vladimir Putinin “G-20”də çıxışı: vacib məqamlarLavrov Çavuşoğlu ilə görüşüb, Cənubi Qafqazı müzakirə etdilər
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1f/434752674_133:0:1200:800_1920x0_80_0_0_7765b2b6ae2afd086178e5ba5deca3a8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş, ərdoğan, mövlud çavuşoğlu, g20 sammiti, g20, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, f-16, rəcəb tayyip ərdoğan, entoni blinken, co bayden, "f-35" qırıcı təyyarəsi
abş, ərdoğan, mövlud çavuşoğlu, g20 sammiti, g20, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, f-16, rəcəb tayyip ərdoğan, entoni blinken, co bayden, "f-35" qırıcı təyyarəsi
Ərdoğan və Bayden Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
15:00 31.10.2021 (Yenilənib: 16:08 31.10.2021) Türkiyə Prezident Administrasiyasının məlumatına görə, iki ölkə lideri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı iradələrini ifadə ediblər.
BAKI, 31 oktyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Romada keçirilən G20 sammiti çərçivəsində amerikalı həmkarı Co Baydenlə görüşüb.
Anadolu agentliyinin xəbərinə görə, görüş Bakı vaxtı ilə saat 13:15-də başlayıb. İki ölkə liderləri arasında mətbuata qapalı keçirilən danışıqlar təxminən 1 saat 10 dəqiqə davam edib.
Türkiyə Prezident Administrasiyası yanında Əlaqələr Bürosundan verilən məlumata görə, iki ölkə lideri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı iradələrini ifadə ediblər.
Onlar müvafiq birgə mexanizmin yaradılması barədə razılığa gəliblər.
Bürodan bildirilib ki, görüş zamanı prezidentlər ikitərəfli ticarətin həcminin artırılması üçün ümumi perspektivə uyğun olaraq atılacaq addımları müzakirə ediblər.
Qeyd olunur ki, Ərdoğan və Bayden NATO ilə müttəfiqlik və strateji tərəfdaşlığa diqqət ayırıb, həmçinin iqlim dəyişikliyi məsələsində atılan qarşılıqlı addımlardan məmnunluq ifadə ediblər.
Öz növbəsində, Ağ Ev iki ölkə liderinin Cənubi Qafqaz, Suriya, Liviyadakı diplomatik səyləri və Şərqi Aralıq dənizindəki vəziyyəti müzakirə etdiyini bildirib.
Türkiyə və ABŞ liderləri sonuncu dəfə iyun ayında Brüsseldə NATO sammiti çərçivəsində üzbəüz görüşüblər.
Bu gün Bakı vaxtilə saat 13:15-də İtaliyanın paytaxtı Romada ABŞ prezidenti Co Baydenlə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, “Böyük iyirmiliyin” (G20) liderlərinin sammiti çərçivəsində baş tutan görüş mətbuata qapalı olub.
Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken də iştirak edib.
Xarici KİV-lərin yazdığına görə, 1 saat 10 dəqiqə davam edən görüşün bəzi detalları bəlli olub.
Qeyd olunur ki, görüşdə Bayden tərəfindən lazımsız gərginliklərdən uzaq durmağın faydasına və düşüncəsizcə edilən hərəkətlərin iki ölkənin müttəfiqliyinə fayda verməyəcəyinə diqqət çəkilib. Həmçinin Türkiyənin F-16 qırıcı təyyarələrini almaq tələbi və ABŞ-la müdafiə sahəsindəki əməkdaşlıq müzakirə olunub.
Qeyd edək ki, Türkiyə və ABŞ prezidentləri "Böyük İyirmilik" (G20) ölkələri liderlərinin Roma sammitində iştirak edir.