https://sputnik.az/20211029/deputat-amerika-teskilatlarini-inkvizisiya-mehkemelerine-oxsamaqda-gunahlandirdi-434703051.html
Deputat Amerika təşkilatlarını inkvizisiya məhkəmələrinə oxşamaqda günahlandırdı
Deputat Amerika təşkilatlarını inkvizisiya məhkəmələrinə oxşamaqda günahlandırdı
Sputnik Azərbaycan
Dünyada ədalət etalonu sayılmayan "Freedom House"-un bu həftə Azərbaycan haqqında verdiyi qiymətləndirmədən sonra tam bir həqiqəti dərk edirsən - dövlətimizi... 29.10.2021, Sputnik Azərbaycan
2021-10-29T14:00+0400
2021-10-29T14:00+0400
2021-10-29T14:00+0400
abş
siyasət
zahid oruc
"freedom house"
həmas
millət vəkili zahid oruc
deputat zahid oruc
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426351187_0:0:3073:1728_1920x0_80_0_0_0f672719c5a3d1d24b6b048e292c9e28.jpg
BAKI, 29 oktyabr — Sputnik. Vətən müharibəsində qələbədən sonra ölkəmizi aşağı reytinqlərdə göstərən, ənənəvi nifrət ideologiyası ilə hərəkət edən beynəlxalq təşkilatların davranışlarında müəyyən dəyişikliyin olacağını gözləyirdik. Dünyada ədalət etalonu sayılmayan "Freedom House"-un bu həftə Azərbaycan haqqında verdiyi qiymətləndirmə və onunla eyni dalğada "The National Interest" dərgisində ölkəmiz əleyhinə dərc olunan böhtan xarakterli məqalədən sonra tam bir həqiqəti dərk edirsən - dövlətimizi 160-cı, 170-ci yerlərdə göstərənlər işğalçılıq siyasətinin ideoloqları, lobbiçilər və xəfiyyə mərkəzləridir.Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Zahid Oruc deyib.Deputat bildirib ki, ölkəmiz seçki sistemini təkmilləşdirməyə ehtiyac duyur. Eləcə də qanunların pis işləməsini, vətəndaş hüquqları, hökumətin korrupsiya ilə mübarizəsində problemləri ilk növbədə Prezident dəfələrlə qeyd edir, 2019-cu ildən başlanan yeni hakimiyyət quruculuğunun məhz xalq üçün ədalətli idarəçilik olduğu vurğulanır:"Lakin dövlətlərin azadlıq indeksini çıxaran bir təşkilatın və Dmitri Sayms adlı ziddiyyətli fiqurun, onun rəhbərlik etdiyi informasiya qurumunun ölkəmizi "HƏMAS"ın idarə etdiyi Qəzzə bölgəsi ilə, yaxud repressiyalara məruz qalan hüsilərin yaşadığı Yəmənlə müqayisə etməsi qəbuledilməzdir. Bildiyiniz kimi, Yəmən şəriət qaydaları ilə idarə olunur. Biz əlbəttə, onların seçiminə hörmətlə yanaşırıq. Lakin dövlətlər üzərində özünü dəyənək kimi hiss etdirmək "soyuq müharibə" dövrünün qalığıdır"."Ölkəmizin Böyük Britaniya ilə yüksək əlaqələrini yalnız BP-yə bağlamaq, Çinlə artan əməkdaşlığın Azərbaycana BMT-də verdiyi həlledici üstünlüyü qəbahət kimi qələmə vermək, İsraillə uzun illərin partnyorluğunu "neft əvəzinə silah" adlandırmaq, eləcə də dünyəvi Azərbaycanda din adamlarının "sıxışdırılması"na Amerikanın "dözməsini" İrana qarşı planlarla əlaqələndirmək "The National Interest" və ona informasiya dəstəyi verən platformaların özlərinin azad olmadığını göstərir. Axı, "Freedom House" "Azadlıq Evi" deməkdir. Ötən ili qiymətləndirən hesabatda 700 min köçkünün azad olan, lakin, mövcud olmayan evi haqqında bir cümlə yazmamaq, bunu insan haqlarının təminatı sahəsində "dünyanın ən böyük hadisəsi" adlandırmamaq köləlikdir, qərəzdir, siyasi möhtəkirlikdir", - deyə o bildirib."İşğala son qoyan yeganə bir xalqın bundan sonra fundamental hüquq və azadlıqların təminatı, sülhə töhfəsini görməmək və dünyada 57-yə yaxın etnik, milli və dövlətlərarası münaqişələrdən birinin həll olunması, 82 milyon qaçqın siyahısından çıxmasını vurğulamamaq, yalnız məhbuslar mövzusuna köklənmək Amerika təşkilatlarını inkvizisiya məhkəmələrinə oxşadır. Məgər Azərbaycan torpaqlarının azadlığı ən böyük reytinqlərə layiq deyil?" - deyə o əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426351187_106:0:2837:2048_1920x0_80_0_0_601b16d366799713825bfda37f98fb02.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
abş, zahid oruc, "freedom house", həmas, millət vəkili zahid oruc, deputat zahid oruc
abş, zahid oruc, "freedom house", həmas, millət vəkili zahid oruc, deputat zahid oruc
Deputat Amerika təşkilatlarını inkvizisiya məhkəmələrinə oxşamaqda günahlandırdı
Dünyada ədalət etalonu sayılmayan "Freedom House"-un bu həftə Azərbaycan haqqında verdiyi qiymətləndirmədən sonra tam bir həqiqəti dərk edirsən - dövlətimizi 160-cı, 170-ci yerlərdə göstərənlər işğalçılıq siyasətinin ideoloqları, lobbiçilər və xəfiyyə mərkəzləridir.
BAKI, 29 oktyabr — Sputnik. Vətən müharibəsində qələbədən sonra ölkəmizi aşağı reytinqlərdə göstərən, ənənəvi nifrət ideologiyası ilə hərəkət edən beynəlxalq təşkilatların davranışlarında müəyyən dəyişikliyin olacağını gözləyirdik. Dünyada ədalət etalonu sayılmayan "Freedom House"-un bu həftə Azərbaycan haqqında verdiyi qiymətləndirmə və onunla eyni dalğada "The National Interest" dərgisində ölkəmiz əleyhinə dərc olunan böhtan xarakterli məqalədən sonra tam bir həqiqəti dərk edirsən - dövlətimizi 160-cı, 170-ci yerlərdə göstərənlər işğalçılıq siyasətinin ideoloqları, lobbiçilər və xəfiyyə mərkəzləridir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Zahid Oruc deyib.
Deputat bildirib ki, ölkəmiz seçki sistemini təkmilləşdirməyə ehtiyac duyur. Eləcə də qanunların pis işləməsini, vətəndaş hüquqları, hökumətin korrupsiya ilə mübarizəsində problemləri ilk növbədə Prezident dəfələrlə qeyd edir, 2019-cu ildən başlanan yeni hakimiyyət quruculuğunun məhz xalq üçün ədalətli idarəçilik olduğu vurğulanır:
"Lakin dövlətlərin azadlıq indeksini çıxaran bir təşkilatın və Dmitri Sayms adlı ziddiyyətli fiqurun, onun rəhbərlik etdiyi informasiya qurumunun ölkəmizi "HƏMAS"ın idarə etdiyi Qəzzə bölgəsi ilə, yaxud repressiyalara məruz qalan hüsilərin yaşadığı Yəmənlə müqayisə etməsi qəbuledilməzdir. Bildiyiniz kimi, Yəmən şəriət qaydaları ilə idarə olunur. Biz əlbəttə, onların seçiminə hörmətlə yanaşırıq. Lakin dövlətlər üzərində özünü dəyənək kimi hiss etdirmək "soyuq müharibə" dövrünün qalığıdır".
"Ölkəmizin Böyük Britaniya ilə yüksək əlaqələrini yalnız BP-yə bağlamaq, Çinlə artan əməkdaşlığın Azərbaycana BMT-də verdiyi həlledici üstünlüyü qəbahət kimi qələmə vermək, İsraillə uzun illərin partnyorluğunu "neft əvəzinə silah" adlandırmaq, eləcə də dünyəvi Azərbaycanda din adamlarının "sıxışdırılması"na Amerikanın "dözməsini" İrana qarşı planlarla əlaqələndirmək "The National Interest" və ona informasiya dəstəyi verən platformaların özlərinin azad olmadığını göstərir.
Axı, "Freedom House" "Azadlıq Evi" deməkdir. Ötən ili qiymətləndirən hesabatda 700 min köçkünün azad olan, lakin, mövcud olmayan evi haqqında bir cümlə yazmamaq, bunu insan haqlarının təminatı sahəsində "dünyanın ən böyük hadisəsi" adlandırmamaq köləlikdir, qərəzdir, siyasi möhtəkirlikdir", - deyə o bildirib.
"İşğala son qoyan yeganə bir xalqın bundan sonra fundamental hüquq və azadlıqların təminatı, sülhə töhfəsini görməmək və dünyada 57-yə yaxın etnik, milli və dövlətlərarası münaqişələrdən birinin həll olunması, 82 milyon qaçqın siyahısından çıxmasını vurğulamamaq, yalnız məhbuslar mövzusuna köklənmək Amerika təşkilatlarını inkvizisiya məhkəmələrinə oxşadır. Məgər Azərbaycan torpaqlarının azadlığı ən böyük reytinqlərə layiq deyil?" - deyə o əlavə edib.