https://sputnik.az/20211101/dman-merc-oyunlari-ile-bagli-rusum-mueyyen-edilir-434769737.html
İdman mərc oyunları ilə bağlı rüsum müəyyən edilir
İdman mərc oyunları ilə bağlı rüsum müəyyən edilir
Sputnik Azərbaycan
Bu gün Azərbaycanda tətbiq olunan bir çox dövlət rüsumlarının məbləği maya dəyərindən aşağıdır 01.11.2021, Sputnik Azərbaycan
2021-11-01T13:14+0400
2021-11-01T13:14+0400
2021-11-01T13:14+0400
cəmiyyət
milli məclis
rüsum
idman-mərc oyunları
"dövlət rüsumu haqqında" qanun
gömrük rüsumu
https://cdnn1.img.sputnik.az/img/40616/11/406161154_0:19:1800:1032_1920x0_80_0_0_b68e40652efa64752d2439f1ab357e50.jpg
BAKI, 1 noyabr — Sputnik. Azərbaycanda idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsi üçün dövlət rüsumu müəyyən edilir.Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif olunur.Dəyişikliyə əsasən, Azərbaycanda idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsi üçün dövlət rüsumu 2000 manat müəyyən edilir.Qeyd edək ki, indiyədək bu məsələ Nazirlər Kabinetinin qərarı ilə tənzimlənirdi və dövlət rüsumu tutulmurdu.Dəyişikliklər "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, bu gün Azərbaycanda tətbiq olunan bir çox dövlət rüsumlarının məbləği maya dəyərindən aşağıdır.O qeyd edib ki, bir çox dövlət rüsumları 15 il bundan əvvəl müəyyən edilib və o zamandan dəyişməyib. Nazir müavini bildirib ki, bu müddət ərzində baş verən inflyasiya dövlət rüsumunun məbləğinin maya dəyərindən aşağı düşməsinə səbəb olub.Həmçinin oxuyun:Avtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsum qaldırılırDərman vasitələrinin dövlət qeydiyyatına və sertifikata görə rüsumlar qaldırılırMinik avtomobilinin mühərrikinin həcminə görə yeni dövlət rüsumları müəyyənləşirTikinti obyektinin istismarına icazənin verilməsi üçün rüsum tutulacaq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40616/11/406161154_200:0:1600:1050_1920x0_80_0_0_3f8594d19126090f61dd37a0a8703edb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis, rüsum, idman-mərc oyunları, "dövlət rüsumu haqqında" qanun, gömrük rüsumu
milli məclis, rüsum, idman-mərc oyunları, "dövlət rüsumu haqqında" qanun, gömrük rüsumu
İdman mərc oyunları ilə bağlı rüsum müəyyən edilir
Bu gün Azərbaycanda tətbiq olunan bir çox dövlət rüsumlarının məbləği maya dəyərindən aşağıdır
BAKI, 1 noyabr — Sputnik. Azərbaycanda idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsi üçün dövlət rüsumu müəyyən edilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, Azərbaycanda idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsi üçün dövlət rüsumu 2000 manat müəyyən edilir.
Qeyd edək ki, indiyədək bu məsələ Nazirlər Kabinetinin qərarı ilə tənzimlənirdi və dövlət rüsumu tutulmurdu.
Dəyişikliklər "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.
Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, bu gün Azərbaycanda tətbiq olunan bir çox dövlət rüsumlarının məbləği maya dəyərindən aşağıdır.
O qeyd edib ki, bir çox dövlət rüsumları 15 il bundan əvvəl müəyyən edilib və o zamandan dəyişməyib. Nazir müavini bildirib ki, bu müddət ərzində baş verən inflyasiya dövlət rüsumunun məbləğinin maya dəyərindən aşağı düşməsinə səbəb olub.