https://sputnik.az/20211021/senay-qehremanlinin-cinsi-tecavuze-meruz-qalmasi-ile-bagli-cinayet-isi-acilib-434340002.html
Sənay Qəhrəmanlıya cinsi təcavüz etməkdə təqsirləndirilən şəxs həbs edilib
Sənay Qəhrəmanlıya cinsi təcavüz etməkdə təqsirləndirilən şəxs həbs edilib
Sputnik Azərbaycan
Bu gün istintaq orqanının təqdimatı əsasında Ə. Ağazadə barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 21.10.2021, Sputnik Azərbaycan
2021-10-21T20:24+0400
2021-10-21T20:24+0400
2021-10-21T20:24+0400
qadın
cəmiyyət
fuad qəhrəmanlı
cinsi təcavüz
https://cdnn1.img.sputnik.az/img/07e5/09/06/427864534_0:12:3072:1740_1920x0_80_0_0_10de860b18859366b1ac6c5f180f36b4.jpg
BAKI, 21 oktyabr — Sputnik. Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmalıya cinsi təcavüz etməkdə şübhəli bilinən şəxs həbs edilib.Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ağazadə Əsgər Yusif oğluna Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.Bu gün istintaq orqanının təqdimatı əsasında Ə. Ağazadə barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.19.10.21, 23:04Sənay Qəhrəmanlıya cinsi təcavüz etməkdə təqsirləndirilən şəxs saxlanıldıAXC sədrinin müavini Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlıya təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadə saxlanılıb.Sputnik Azərbaycan bildirir ki, bu barədə Trend-ə S. Qəhrəmanlının vəkili məlumat verib.O bildirib ki, Ə. Ağazadə şübhəli şəxs qismində saxlanılıb. Xatırladaq ki, təqsirləndirilən şəxs Ə.Ağazadə zərərçəkmiş Sənay Qəhrəmanlının xalası oğludur.Faktla bağlı prokurorluqdan cinayət işi başlanmışdı.---------------------18.10.202117:37Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması ilə bağlı cinayət işi açılıb.Baş Prokurorluğun Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 27.07.2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal Rayon Prokurorluğunda başlanan cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib.Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir.Mətbuat Xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsi, dəqiqləşdirilməyən və istintaqın gedişinə mane ola biləcək məlumatların yayılmaması xahiş olunur.Qeyd edək ki, siyasi fəal, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlı 16 yaşında öz xalası oğlu tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib. Ondan əvvəl isə Sənay Qəhrəmanlı atası Fuad Qəhrəmanlını ona və anası Zümrüd Yağmura qarşı zorakılıqda günahlandırmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/06/427864534_341:0:3072:2048_1920x0_80_0_0_34cbe7dd0ae19a79ef2d04b138e623fc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qadın, fuad qəhrəmanlı, cinsi təcavüz
qadın, fuad qəhrəmanlı, cinsi təcavüz
Sənay Qəhrəmanlıya cinsi təcavüz etməkdə təqsirləndirilən şəxs həbs edilib
Bu gün istintaq orqanının təqdimatı əsasında Ə. Ağazadə barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
BAKI, 21 oktyabr — Sputnik. Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmalıya cinsi təcavüz etməkdə şübhəli bilinən şəxs həbs edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən
APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ağazadə Əsgər Yusif oğluna Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu gün istintaq orqanının təqdimatı əsasında Ə. Ağazadə barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Sənay Qəhrəmanlıya cinsi təcavüz etməkdə təqsirləndirilən şəxs saxlanıldı
AXC sədrinin müavini Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlıya təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadə saxlanılıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Trend-ə S. Qəhrəmanlının vəkili məlumat verib.
O bildirib ki, Ə. Ağazadə şübhəli şəxs qismində saxlanılıb.
Xatırladaq ki, təqsirləndirilən şəxs Ə.Ağazadə zərərçəkmiş Sənay Qəhrəmanlının xalası oğludur.
Faktla bağlı prokurorluqdan cinayət işi başlanmışdı.
Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 27.07.2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal Rayon Prokurorluğunda başlanan cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir.
Mətbuat Xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsi, dəqiqləşdirilməyən və istintaqın gedişinə mane ola biləcək məlumatların yayılmaması xahiş olunur.
Qeyd edək ki, siyasi fəal, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlı 16 yaşında öz xalası oğlu tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib.
Ondan əvvəl isə Sənay Qəhrəmanlı atası Fuad Qəhrəmanlını ona və anası Zümrüd Yağmura qarşı zorakılıqda günahlandırmışdı.