https://sputnik.az/20211031/abs-in-bundan-sonra-terror-teskilatlarina-destek-vermeyeceyine-inaniram---erdogan-434759993.html
ABŞ-ın bundan sonra terror təşkilatlarına dəstək verməyəcəyinə inanıram - Ərdoğan
ABŞ-ın bundan sonra terror təşkilatlarına dəstək verməyəcəyinə inanıram - Ərdoğan
Sputnik Azərbaycan
ABŞ-ın terror təşkilatlarına silah dəstəyi barədə bəhs edən Türkiyə rəhbəri bu problemə son qoyulacağına inamını ifadə edib. 31.10.2021, Sputnik Azərbaycan
2021-10-31T22:38+0400
2021-10-31T22:38+0400
2021-11-01T09:53+0400
dünya xəbərləri
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
ərdoğan
rəcəb tayyip ərdoğan
"f-35" qırıcı təyyarəsi
abş prezidenti cozef bayden
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/06/425124112_0:201:2927:1847_1920x0_80_0_0_42350bda33667905bda6a5a11dcd4acf.jpg
BAKI, 31 oktyabr - Sputnik. Suriyadakı terror təşkilatı PKK/PYD-nin Amerikadan dəstək almaları ilə bağlı təəssüfümüzü bildirdik.Sputnik Azərbaycan “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Cozef Baydenlə görüşü barədə danışarkən deyib.ABŞ-ın terror təşkilatlarına silah dəstəyi barədə bəhs edən Türkiyə rəhbəri bu problemə son qoyulacağına inamını ifadə edib.Türkiyə Prezidenti vurğulayıb ki, görüşdən sonra prosesin bu şəkildə davam edəcəyinə ümid etmir: “Bu dəstəklərin NATO ölkəsi olaraq Türkiyədə yaratdığı üzüntüləri dilə gətirdik və ABŞ-la bu məsələnin həmrəyliyimizə xələlə gətirdiyini bildirdik. Təhlükəsizlik baxımından müdafiə nazirlərimizin əlaqələrini gündəmə gətirdik”.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Cozef Baydenin rəsmi Ankaranın yeni F-16 qırıcıları alması məsələsinə müsbət yanaşdığını da qeyd edib. "Biz Baydenlə təyyarələrlə bağlı yaranan vəziyyəti, mövcud məsələləri ən yaxşı şəkildə necə həll edəcəyimizi müzakirə etdik. Bayden F-16 qırıcı təyyarələrini almağımız məsələsinə müsbət reaksiya verdi", - Ərdoğan deyib.Həmçinin oxuyun:G20 sammiti iqlim dəyişikliyinə qarşı mübarizə ümidlərini doğrultmadı - QuterreşBuzları əritməli: Türkiyə və Fransa liderləri görüşdülərƏrdoğan və Bayden Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/06/425124112_98:0:2829:2048_1920x0_80_0_0_2bb8a842e630f4735d54db27d26dbba8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə prezidenti rəcəb tayyib ərdoğan, ərdoğan, rəcəb tayyip ərdoğan, "f-35" qırıcı təyyarəsi, abş prezidenti cozef bayden
türkiyə prezidenti rəcəb tayyib ərdoğan, ərdoğan, rəcəb tayyip ərdoğan, "f-35" qırıcı təyyarəsi, abş prezidenti cozef bayden
ABŞ-ın bundan sonra terror təşkilatlarına dəstək verməyəcəyinə inanıram - Ərdoğan
22:38 31.10.2021 (Yenilənib: 09:53 01.11.2021) ABŞ-ın terror təşkilatlarına silah dəstəyi barədə bəhs edən Türkiyə rəhbəri bu problemə son qoyulacağına inamını ifadə edib.
BAKI, 31 oktyabr - Sputnik. Suriyadakı terror təşkilatı PKK/PYD-nin Amerikadan dəstək almaları ilə bağlı təəssüfümüzü bildirdik.
Sputnik Azərbaycan “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Cozef Baydenlə görüşü barədə danışarkən deyib.
ABŞ-ın terror təşkilatlarına silah dəstəyi barədə bəhs edən Türkiyə rəhbəri bu problemə son qoyulacağına inamını ifadə edib.
Türkiyə Prezidenti vurğulayıb ki, görüşdən sonra prosesin bu şəkildə davam edəcəyinə ümid etmir:
“Bu dəstəklərin NATO ölkəsi olaraq Türkiyədə yaratdığı üzüntüləri dilə gətirdik və ABŞ-la bu məsələnin həmrəyliyimizə xələlə gətirdiyini bildirdik. Təhlükəsizlik baxımından müdafiə nazirlərimizin əlaqələrini gündəmə gətirdik”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Cozef Baydenin rəsmi Ankaranın yeni F-16 qırıcıları alması məsələsinə müsbət yanaşdığını da qeyd edib.
"Biz Baydenlə təyyarələrlə bağlı yaranan vəziyyəti, mövcud məsələləri ən yaxşı şəkildə necə həll edəcəyimizi müzakirə etdik. Bayden F-16 qırıcı təyyarələrini almağımız məsələsinə müsbət reaksiya verdi", - Ərdoğan deyib.