DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Buzları əritməli: Türkiyə və Fransa liderləri görüşdülər

© REUTERS / Benoit TessierRəcəb Tayyib Ərdoğan və Emmanuel Makron, Paris, 5 dekabr 2017-ci il
Rəcəb Tayyib Ərdoğan və Emmanuel Makron, Paris, 5 dekabr 2017-ci il - Sputnik Azərbaycan, 1920, 31.10.2021
Abunə olmaq
Görüş İtaliyanın paytaxtı Romada keçirilən G-20 sammiti çərçivəsində baş tutub. Liderlərin 50 dəqiqəlik görüşünün detalları hələlik açıqlanmayıb.
BAKI, 31 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Sputnik Türkiyə-nin xəbərinə görə, görüş İtaliyanın paytaxtı Romada keçirilən G-20 sammiti çərçivəsində baş tutub.

50 dəqiqə davam edən görüşün nəticələri barədə hələ tərəflər açıqlama verməyiblər.
Qeyd edək ki, Türkiyə və Fransa arasında Türkiyə-Avropa İttifaqı əlaqələri, Şərqi Aralıq dənizində enerji resursları və təhlükəsizlik başda olmaqla, bir çox məsələlərdə fikir ayrılığı var.
Prezidentlərin görüşündə də bu mövzuların diqqət mərkəzində olacağı gözlənilirdi.
Ərdoğan bundan əvvəl ABŞ prezidenti Co baydenlə görüşüb.
Sammit çərçivəsində Türkiyə prezidentinin G-20 zirvəsində son dəfə iştirak edən Almaniya kansleri Angela Merkellə ikitərəfli görüşü də nəzərdə tutulub.
Həmçinin oxuyun:
Ərdoğan və Bayden Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Xəbər lenti
0