Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Tank bölmələrində döyüş atışları icra olunub

Abunə olmaq
Məlumata görə, döyüş maşınlarının idarə olunması vərdişlərini təkmilləşdirən tank heyətləri təyin olunmuş hədəflərə praktiki atışlar icra edib
BAKI, 30 oktyabr — Sputnik. 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrində döyüş atışları icra olunub. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirlik bununla bağlı videoçarx hazırlayıb.
Məlumata görə, döyüş maşınlarının idarə olunması vərdişlərini təkmilləşdirən tank heyətləri təyin olunmuş hədəflərə praktiki atışlar icra edib.
Qeyd edək ki, 2021-ci ilin döyüş hazırlığı planına əsasən, oktyabrın 29-da Azərbaycan Ordusunda "Ən yaxşı artilleriya divizionu" adı uğrunda yarış keçirilib. Yarışa cəlb olunan divizionların tədris-material bazası və şəxsi heyətin təchizatına baxıldıqdan sonra hərbi qulluqçuların hazırlıq səviyyəsi yoxlanılaraq fərdi və qrup şəklində normativlər qəbul edilib.
Eləcə də oxuyun:
* Azərbaycan Hərbi Dəniz Qüvvələrinin ən yaxşı gəmilər divizionu müəyyənləşib
* NATO-dan Azərbaycana: "Dəstək göstərməyə hazırıq"
* Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsində olub
* Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirib
* Müdafiə naziri Quru qoşunlarının Laçındakı təlimini izləyib
Xəbər lenti
0