Kaxa Kaladze yenidən Tbilisinin meri seçilib
10:25 31.10.2021 (Yenilənib: 10:41 31.10.2021)
© Sputnik / Aleksey Vitvitskiy
/ Abunə olmaq
Tbilisidə səslərin 99,87 faizi, digər şəhərlərdə isə bütün səslər sayılıb. İlkin nəticələrə əsasən, Tbilisinin hazırkı meri Kaxa Kaladze səslərin 55,6% faizini alaraq yenidən mer seçilib.
BAKI, 31 oktyabr — Sputnik. Oktybrın 30-da Gürcüstanda keçirilən bələdiyyə seçkilərinin ikinci turunda hakim Gürcü Arzusu Partiyasının namizədləri 20 şəhərdən 19-da qalib gəliblər.
Sputnik Gürcüstan xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Tbilisidə səslərin 99,87 faizi, digər şəhərlərdə isə bütün səslər sayılıb. İlkin nəticələrə əsasən, Tbilisinin hazırkı meri Kaxa Kaladze səslərin 55,6% faizini alaraq yenidən mer seçilib.
Sputnik Gürcüstan xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Tbilisidə səslərin 99,87 faizi, digər şəhərlərdə isə bütün səslər sayılıb. İlkin nəticələrə əsasən, Tbilisinin hazırkı meri Kaxa Kaladze səslərin 55,6% faizini alaraq yenidən mer seçilib.
Müxalif Vahid Milli Hərəkatın namizədi Nika Meliya isə 44,4 faiz səs toplayıb.
Rustavi, Kutaisi, Poti və Batumi kimi böyük şəhərlərdə də hakim partiyanın namizədləri qələbə qazanıblar. Müxalifətin namizədi yalnız Tsalencixa şəhərində qələbə qazanıb.
Qeyd edək ki, yerli seçkilərin ilk turu oktyabrın 2-də keçirilib. Gürcü Arzusu Partiyası birinci turda 46,7 faiz səs yığaraq 64 bələdiyyədən 44-də qələbə qazanmışdı.
Qeyd edək ki, yerli seçkilərin ilk turu oktyabrın 2-də keçirilib. Gürcü Arzusu Partiyası birinci turda 46,7 faiz səs yığaraq 64 bələdiyyədən 44-də qələbə qazanmışdı.
Aclığı dayandır, Mişa!
Qeyd edək ki, ötən gün müxalif "Vahid Milli Hərəkat" partiyasından Tbilisi merliyinə namizəd olan Nika Meliya Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilini aclığı dayandırmağa çağırıb.
Saakaşvili özünü siyasi məhbus hesab etdiyindən artıq 30-cü gündür ki, saxlandığı Rustavi həbsxanasında aclıq edir. Bu müddət ərzində o, vəkillər vasitəsilə xalqa seçkilərdə VMH-ni dəstəkləmələri barədə mesajlar göndərib.
Mərkəzi Seçki Komissiyası hələ ilkin nəticələri elan etməsə də, Meliya bildirib ki, seçkinin ikinci turunda müxalifət qələbə qazanıb.
"Sabah, yekun protokollar tərtib olunub müxalifətin namizədləri qalib elan ediləndə istərdim ki, Mixeil Saakaşvili aclığı dayandırsın, çünki o bizə sağ və salamat halda lazımdır", - Meliya deyib.
30.10.21, 21:03
Gürcüstanda bələdiyyə seçkisi başa çatdı. Tbilisi meri kim olacaq - Meliya, yoxsa Kaladze?
Gürcüstanda mer və yerli məşvərət orqanları - sakrebuloların majoritar deputatlarının seçkisi başa çatıb.
Sputnik Gürcüstan xəbər verir ki, Tbilsii vaxtı ilə 20:00-da ölkədə seçki məntəqələri bağlanıb. Ancaq axşam səkkizdə hələ də qarşısında növbə olan məntəqələr istisna təşkil edib.
MSK-nın məlumatına görə, Tbilisi vaxtı ilə 17:00-da seçkilərdə aktivlik 39.5% olub. Seçki isə istənilən göstərici ilə baş tutmuş sayılacaq.
Seçki koronavirus pandemiyası məhdudiyyətləri şəraitində keçib - seçicilər, komissiya üzvləri, müşahidəçilər maskada olub və sosial məsafəni gözləyiblər.
Kimi seçirdilər
Gürcüstan sakinləri ikinci turda 20 şəhər və rayonun merini seçiblər. Majoritar deputatların seçkisinə gəldikdə isə o, 24 şəhərin 42 rayonunda keçib.
İyirmi merin kreslosuna 40 nəfər namizəd olub. Hər bir şəhərdə rəqibindən daha çox səs toplayan şəxs mer olacaq.
Majoritar deputat seçkilərində də eyni mənzərədir - hər rayonda iki namizəd və daha çox səs toplayan qalib gəlir.
Səslərin sayılması
Seçki məntəqələri bağlanan kimi seçki komissiyaları səslərin hesablanmasına başlayıb. Elektron səsvermənin keçirildiyi Tbilisi rayonlarının birində səsvermənin nəticəsi yaxın dəqiqələrdə məlum olacaq.
Digər məntəqələrdə isə proses uzanacaq - komissiya üzvləri kamera önündə zərfləri açacaq, sonra bülletenin hər üzü kameraya göstərilməklə səslərin hesablanması aparılacaq.
İlk turda səslərin hesablanması bülletenlərin çoxluğuna görə yeddi saat vaxt aparmışdı.
Tbilisidə vəziyyət
Tbilisidəki mer seçkisində şəhərin hazırkı rəhbəri, hakim "Gürcü arzusu" partiyasının namizədi, keçmiş futbolçu Kaxa Kaladze "İmedi" telekanalının sifarişi ilə GORBI şirkətinin keçirdiyi ekzit-pollun məlumatına görə irəlidədir.
Tbilisi vaxtı ilə 18:00-da keçirilmiş sorğunun nəticələri belədir:
Kaxa Kaladze, "Gürcü arzusu" - 57.2%
Nika Meliya, "Vahid Milli Hərəkat" - 42.8%.
150 seçki məntəqəsinin yaxınlığında təsadüfi seçimlə 17 min seçicinin rəyi soruşulub.
Müxalifət yönümlü "Matavari arxi" telekanalının yaydığı, "Anova" şirkətinin apardığı ekzit-poll nəticələrinə görə isə vəziyyət belədir:
Nika Meliya, "Vahid Milli Hərəkat" - 51%.
Kaxa Kaladze, "Gürcü arzusu" - 49%.
Eləcə də oxuyun:
* Gürcüstanda seçkilər: "Gürcü arzusu" Tbilisidəki qalibiyyətini bayram etməyə başlayıb
* Gürcüstanlı nazir: "Azərbaycanla yeni layihələr reallaşdırmağa hazırıq"
* Gürcüstan DTX-sı ölkədə dövlət çevrilişi hazırlandığını bəyan edib