https://sputnik.az/20211002/gurcustanda-seckiler-gurce-arzusu-tbilisideki-qalibiyyetini-bayram-etmeye-baslayb-433829529.html
Gürcüstanda seçkilər: "Gürcü arzusu" Tbilisidəki qalibiyyətini bayram etməyə başlayıb
Gürcüstanda seçkilər: "Gürcü arzusu" Tbilisidəki qalibiyyətini bayram etməyə başlayıb
Sputnik Azərbaycan
Gürcüstanda yerli idarəetmə orqanlarına keçirilən seçkilərdə hakim “Gürcü Arzusu” partiyası üstünlük qazanıb. 02.10.2021, Sputnik Azərbaycan
2021-10-02T22:15+0400
2021-10-02T22:15+0400
2021-10-02T22:16+0400
dünya xəbərləri
gürcü arzusu partiyası
gürcüstan
kaxa kaladze
"gürcü arzusu"
kaxa kaladze
https://cdnn1.img.sputnik.az/img/42163/13/421631321_0:195:2949:1854_1920x0_80_0_0_d26195d193c1c1be6f36e0f859e833ab.jpg
BAKI, 2 oktyabr - Sputnik. Gürcüstanın "Gürcü Arzusu" Partiyasının Tbilisi meri vəzifəsinə namizədi Kaxa Kaladze yerli seçkilərdə qələbəsini qeyd edir.Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, “Gürcü Arzusu”nun tərəfdarları partiyanın Tbilisidəki baş qərargahı qarşısına toplaşıb.Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edərək seçicilərə təşəkkürünü bildirib:“Bu qələbə bütün Gürcüstana məxsusdur. Seçicilərimiz və tərəfdarlarımıza minnətdarlığımı bildirirəm”.O qeyd edib ki, bu gün ölkədə qütbləşməyə son qoyulub: “Sabahdan inkişaf və sabitlik dövrü başlayır”.***Gürcüstanda keçirilən yerli seçkilərdə “Gürcü Arzusu” partiyası 38,6% səslə liderlik edir, “Milli Hərəkat” partiyası isə 33% səs toplayıb.Sputnik Gürcüstan xəbər verir ki, bunu “Mtavari Arkhi” telekanalının keçirdiyi “exit-poll” göstərir.“İmedi” telekanalının “exit-poll” nəticələrinə görə, “Gürcü Arzusu” 47,6% səslə liderdir, “Milli Hərəkat” isə 27,1% səslə ikincidir.“Formula” telekanalının keçirdiyi “exit-poll” nəticələri isə göstərir ki, Kaxa Kaladze Tbilisi meri seçkilərində 43% səslə liderlik edir, Nika Meliyanın 39% seçki səsi var.“İmedi”nin məlumatlarına görə, K.Kaladze 51,3% səslə birinci, N.Meliya 34,6% səslə ikincidir. Eyni zamanda, “Mtavari Arkhi” kanalının “exit-poll” nəticələrində Meliyanın 40,8% səslə lider olduğu, Kaladzenin isə 40,2% səslə onun ardınca gəldiyi göstərilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42163/13/421631321_109:0:2840:2048_1920x0_80_0_0_581033e286497857b484ddc02d0b8ae2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gürcü arzusu partiyası, gürcüstan, kaxa kaladze, "gürcü arzusu", kaxa kaladze
gürcü arzusu partiyası, gürcüstan, kaxa kaladze, "gürcü arzusu", kaxa kaladze
Gürcüstanda seçkilər: "Gürcü arzusu" Tbilisidəki qalibiyyətini bayram etməyə başlayıb
22:15 02.10.2021 (Yenilənib: 22:16 02.10.2021) Gürcüstanda yerli idarəetmə orqanlarına keçirilən seçkilərdə hakim “Gürcü Arzusu” partiyası üstünlük qazanıb.
BAKI, 2 oktyabr - Sputnik. Gürcüstanın "Gürcü Arzusu" Partiyasının Tbilisi meri vəzifəsinə namizədi Kaxa Kaladze yerli seçkilərdə qələbəsini qeyd edir.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, “Gürcü Arzusu”nun tərəfdarları partiyanın Tbilisidəki baş qərargahı qarşısına toplaşıb.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edərək seçicilərə təşəkkürünü bildirib:
“Bu qələbə bütün Gürcüstana məxsusdur. Seçicilərimiz və tərəfdarlarımıza minnətdarlığımı bildirirəm”.
O qeyd edib ki, bu gün ölkədə qütbləşməyə son qoyulub: “Sabahdan inkişaf və sabitlik dövrü başlayır”.
Gürcüstanda keçirilən yerli seçkilərdə “Gürcü Arzusu” partiyası 38,6% səslə liderlik edir, “Milli Hərəkat” partiyası isə 33% səs toplayıb.
Sputnik Gürcüstan xəbər verir ki, bunu “Mtavari Arkhi” telekanalının keçirdiyi “exit-poll” göstərir.
“İmedi” telekanalının “exit-poll” nəticələrinə görə, “Gürcü Arzusu” 47,6% səslə liderdir, “Milli Hərəkat” isə 27,1% səslə ikincidir.
“Formula” telekanalının keçirdiyi “exit-poll” nəticələri isə göstərir ki, Kaxa Kaladze Tbilisi meri seçkilərində 43% səslə liderlik edir, Nika Meliyanın 39% seçki səsi var.
“İmedi”nin məlumatlarına görə, K.Kaladze 51,3% səslə birinci, N.Meliya 34,6% səslə ikincidir. Eyni zamanda, “Mtavari Arkhi” kanalının “exit-poll” nəticələrində Meliyanın 40,8% səslə lider olduğu, Kaladzenin isə 40,2% səslə onun ardınca gəldiyi göstərilir.