https://sputnik.az/20211030/efsane-barselonaya-qayidir-434728854.html
Əfsanə "Barselona"ya qayıdır
Əfsanə "Barselona"ya qayıdır
Sputnik Azərbaycan
Hazırda "Barselona" 10 oyundan 15 xal toplayaraq çempionat sıralamasında doqquzuncu yeri tutur. 30.10.2021, Sputnik Azərbaycan
2021-10-30T22:14+0400
2021-10-30T22:14+0400
2021-10-30T22:14+0400
idman
ispaniya
qətər
məşqçi
xavi ernandes
"barselona" futbol klubu
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/10/425742892_0:36:2084:1208_1920x0_80_0_0_d43c1c6e06ecc836f21e78f554d87362.jpg
BAKI, 30 oktyabr — Sputnik. Xavi Ernandes noyabrın 3-də, yaxud da 4-də "Barselona"nın baş məşqçisi elan ediləcək.Sputnik Azərbaycan bildirir ki, bu barədə AS qəzeti yazır. Məlumata görə, həmin vaxtadək Xavi 2019-cu ildən bəri rəhbərlik etdiyi "Əl-Sədd" klubunda işlərini davam edəcək, sonra isə bütün diqqətini Kataloniya komandasına yönəldəcək. Qətər klubu "Barselona"dan məşqçiyə görə əvəz pulu tələb etməyəcək, əvəzində yaxın iki il ərzində İspaniyanın bu adlı-sanlı komandası ilə yoldaşlıq oyunu keçirmək niyyətindədir. Xavinin "Əl-Sədd" klubunda məşqçiliyi Qətər çempionatının qızıl medallarını qazanması ilə nəticələnib. Oktyabrın 28-də "Barselona" klubu baş məşqçisi Ronald Kumanla yolları ayırdığını elan edib. 2020-ci ilin avqustunda komandaya gələn Kuman "Barsa" ilə yalnız İspaniya kubokunu qazanıb və La Liqanın üçüncüsü olub. Hazırda "Barselona" 10 oyundan 15 xal toplayaraq çempionat sıralamasında doqquzuncu yeri tutur. Oktyabrın 27-də komanda 2002-ci ildən bəri ilk dəfə "Rayo Valyekano"ya uduzub (0:1). Ronald Kumanın komandanı vaxtından əvvəl tərk etdiyinə görə "Barselona"dan 12 milyon avro təzminat alacağı deyilir.Eləcə də oxuyun:* "Qarabağ" darmadağınla çempionatın liderliyinə yüksəldi* Tək İngiltərə deyil, indi bütün dünya bu oyundan danışır* Səudiyyə Ərəbistanının aldığı "Nyukasl"a transfer limiti qoyulub
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/10/425742892_146:0:2070:1443_1920x0_80_0_0_dca319cc41175931d38ab2ed63528a46.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ispaniya, qətər, məşqçi, xavi ernandes, "barselona" futbol klubu
ispaniya, qətər, məşqçi, xavi ernandes, "barselona" futbol klubu
Əfsanə "Barselona"ya qayıdır
Hazırda "Barselona" 10 oyundan 15 xal toplayaraq çempionat sıralamasında doqquzuncu yeri tutur.
BAKI, 30 oktyabr — Sputnik. Xavi Ernandes noyabrın 3-də, yaxud da 4-də "Barselona"nın baş məşqçisi elan ediləcək.
Sputnik Azərbaycan bildirir ki, bu barədə
AS qəzeti yazır. Məlumata görə, həmin vaxtadək Xavi 2019-cu ildən bəri rəhbərlik etdiyi "Əl-Sədd" klubunda işlərini davam edəcək, sonra isə bütün diqqətini Kataloniya komandasına yönəldəcək.
Qətər klubu "Barselona"dan məşqçiyə görə əvəz pulu tələb etməyəcək, əvəzində yaxın iki il ərzində İspaniyanın bu adlı-sanlı komandası ilə yoldaşlıq oyunu keçirmək niyyətindədir.
Xavinin "Əl-Sədd" klubunda məşqçiliyi Qətər çempionatının qızıl medallarını qazanması ilə nəticələnib.
Oktyabrın 28-də "Barselona" klubu baş məşqçisi Ronald Kumanla yolları ayırdığını elan edib. 2020-ci ilin avqustunda komandaya gələn Kuman "Barsa" ilə yalnız İspaniya kubokunu qazanıb və La Liqanın üçüncüsü olub.
Hazırda "Barselona" 10 oyundan 15 xal toplayaraq çempionat sıralamasında doqquzuncu yeri tutur. Oktyabrın 27-də komanda 2002-ci ildən bəri ilk dəfə "Rayo Valyekano"ya uduzub (0:1).
Ronald Kumanın komandanı vaxtından əvvəl tərk etdiyinə görə "Barselona"dan 12 milyon avro təzminat alacağı deyilir.