https://sputnik.az/20211028/sputnik-estoniyanin-isi-mehkemeye-qaytarilacaq-434684580.html
Sputnik Estoniyanın işi məhkəməyə qaytarılacaq
Sputnik Estoniyanın işi məhkəməyə qaytarılacaq
Sputnik Azərbaycan
BAKI, 28 oktyabr — Sputnik. Estoniya Ali Məhkəməsi hesab edir ki, Sputnik Estoniya ilə bağlı polis və Sərhəd Mühafizə Departamentinin qərarları səhv olub. 28.10.2021, Sputnik Azərbaycan
2021-10-28T18:51+0400
2021-10-28T18:51+0400
2021-10-28T18:51+0400
dünya xəbərləri
məhkəmə
sputnik
estoniya
https://cdnn1.img.sputnik.az/img/42323/44/423234406_0:318:3075:2048_1920x0_80_0_0_81c97bfe06a123752b851cc2dbf49fe5.jpg
BAKI, 28 oktyabr — Sputnik. Estoniya Ali Məhkəməsi hesab edir ki, Sputnik Estoniya ilə bağlı polis və Sərhəd Mühafizə Departamentinin qərarları səhv olub.Sputnik Estoniya informasiya portalı təxminən bir il bundan əvvəl Estoniya hakimiyyətinin təzyiqi ilə bağlanıb. Bununla belə, agentliyin işinə yenidən baxılacaq. Estoniya Dövlət Məhkəməsi yerli polis və Sərhəd Mühafizə Departamentinin portalla bağlı bəzi hərəkətlərinin yanlış olduğu barədə qərar çıxarıb.Söhbət Çirkli Pulların Yuyulması üzrə Məlumat Bürosunun 2019-cu ildəki fəaliyyətindən gedir. Həmin dövrdə büro Estoniya Polisi və Sərhəd Mühafizəsi Departamentinin bir bölməsi idi. Departament Sputnik Estoniyanın bütün əməkdaşlarına ultimatum göndərmişdi - onlar ya agentliklə əməkdaşlığı dayandıracaq, ya da “Avropa sanksiyalarına əməl edilməməsi” maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacaqdılar.Çirkli Pulların Yuyulması üzrə İnformasiya Bürosunun məktublarını Sputnik Estoniya agentliyinin obyekt icarəyə götürdüyü şirkət də almışdı. Büronun məlumatına görə, sanksiya dedikdə Estoniya hakimiyyəti Avropa İttifaqı Şurasının 2014-cü il 17 mart tarixli “Rossiya Seqodnya” BİA-nın baş direktoru Dmitri Kiselyova qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnaməsini nəzərdə tutur.Fakt budur ki, Sputnik Estoniya “Rossiya Seqodnya” BİA-nın tərkibində olub. Ancaq agentliyin özü heç bir sanksiya siyahısına daxil edilməyib - orada yalnız Dmitri Kiselyovun adı olub. Bununla belə, Çirkli Pulların Yuyulması üzrə İnformasiya Bürosu agentliklə əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyətinə cəlb oluna biləcəyini iddia edirdi.Bu arada, “Rossiya Seqodnya” BİA da sual edir: Büronun hərəkətləri qanunidirmi? Agentliyin məhkəməyə verdiyi şikayətdə dəqiqləşdirilib ki: Sputnik Estoniya-nın əmək və icarə müqavilələri ilə bağlı qərarlar qəbul etmək üçün Pulların Yuyulması üzrə Məlumat Bürosunun səlahiyyəti yoxdur.Lakin həm Tallinin İnzibati Məhkəməsi, həm də Tallin Regional Məhkəməsi Rossiya Seqodnya” BİA-nın şikayətini təmin etməyib. O zaman şikayət Estoniya Dövlət Məhkəməsinə yönəldilib, o da etiraf edib ki: Büro öz səlahiyyətlərini aşdığı halda əvvəlki iki məhkəmənin qərarları səhv ola bilər.Beləliklə, agentliyin şikayəti yenidən baxılması üçün Tallin İnzibati Məhkəməsinə qaytarılır.Xatırladaq ki, Estoniya hakimiyyətinin Sputnik Estoniya ilə bağlı mövqeyini ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezir tənqid etmişdi. 2019-cu ilin dekabrında Dezir Sputnik Estoniya-ya təzyiq etməkdən çəkindirmiş, redaksiyanın fəaliyyətinə qoyulan məhdudiyyətləri lüzumsuz adlandırmışdı. “Bu, məlumatın sərbəst axınına mənfi təsir göstərə bilər”, - Dezir öz Twitter səhifəsində qeyd etmişdi.Bununla belə, irəli sürülən təhdidlərə görə 2020-ci il yanvarın 1-dən etibarən Sputnik Estoniya saytı fövqəladə rejimdə fəaliyyət göstərdi, daha sonra isə fəaliyyətini dayandırdı. İşçilər Sputnik Estoniya ilə müqavilələri pozmalı oldular.Nəşrin baş redaktoru Yelena Çerışeva dəfələrlə bildirib ki, bu nümunə onu göstərdi ki, Estoniyada söz azadlığı prinsiplərinin açıq şəkildə pozulması müşahidə olunur. 2021-ci ilin fevral ayında o və Sputnik Estoniya-nın digər keçmiş əməkdaşları yeni layihəyə - Sputnik Meedia-ya start verdilər.Eləcə də oxuyun: * "Yadımda saxlayacağam". ATƏT rəhbəri Sputnik Estoniya ilə bağlı vəziyyəti şərh edib* Sputnik Estoniya-nın rəhbəri və Vışinski Moskvada səfirliyin önündə piketə çıxdılar* Fransalı jurnalistlər Sputnik Estoniya-nı dəstəklədilər* Estoniya sakinləri: Sputnik-in fəaliyyətinin dayandırılması senzuradır
https://sputnik.az/20200707/Cherisheva-sputnik-estoniya-beynelxalq-konfrans-424385403.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42323/44/423234406_71:0:2802:2048_1920x0_80_0_0_68d634b2e053a78819333f23493a3fcd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhkəmə, sputnik, estoniya
məhkəmə, sputnik, estoniya
BAKI, 28 oktyabr — Sputnik. Estoniya Ali Məhkəməsi hesab edir ki, Sputnik Estoniya ilə bağlı polis və Sərhəd Mühafizə Departamentinin qərarları səhv olub.
Sputnik Estoniya informasiya portalı təxminən bir il bundan əvvəl Estoniya hakimiyyətinin təzyiqi ilə bağlanıb. Bununla belə, agentliyin işinə yenidən baxılacaq. Estoniya Dövlət Məhkəməsi yerli polis və Sərhəd Mühafizə Departamentinin portalla bağlı bəzi hərəkətlərinin yanlış olduğu barədə qərar çıxarıb.
Söhbət Çirkli Pulların Yuyulması üzrə Məlumat Bürosunun 2019-cu ildəki fəaliyyətindən gedir. Həmin dövrdə büro Estoniya Polisi və Sərhəd Mühafizəsi Departamentinin bir bölməsi idi. Departament Sputnik Estoniyanın bütün əməkdaşlarına ultimatum göndərmişdi - onlar ya agentliklə əməkdaşlığı dayandıracaq, ya da “Avropa sanksiyalarına əməl edilməməsi” maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacaqdılar.
Çirkli Pulların Yuyulması üzrə İnformasiya Bürosunun məktublarını Sputnik Estoniya agentliyinin obyekt icarəyə götürdüyü şirkət də almışdı. Büronun məlumatına görə, sanksiya dedikdə Estoniya hakimiyyəti Avropa İttifaqı Şurasının 2014-cü il 17 mart tarixli “Rossiya Seqodnya” BİA-nın baş direktoru Dmitri Kiselyova qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnaməsini nəzərdə tutur.
Fakt budur ki, Sputnik Estoniya “Rossiya Seqodnya” BİA-nın tərkibində olub. Ancaq agentliyin özü heç bir sanksiya siyahısına daxil edilməyib - orada yalnız Dmitri Kiselyovun adı olub. Bununla belə, Çirkli Pulların Yuyulması üzrə İnformasiya Bürosu agentliklə əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyətinə cəlb oluna biləcəyini iddia edirdi.
Bu arada, “Rossiya Seqodnya” BİA da sual edir: Büronun hərəkətləri qanunidirmi? Agentliyin məhkəməyə verdiyi şikayətdə dəqiqləşdirilib ki: Sputnik Estoniya-nın əmək və icarə müqavilələri ilə bağlı qərarlar qəbul etmək üçün Pulların Yuyulması üzrə Məlumat Bürosunun səlahiyyəti yoxdur.
Lakin həm Tallinin İnzibati Məhkəməsi, həm də Tallin Regional Məhkəməsi Rossiya Seqodnya” BİA-nın şikayətini təmin etməyib. O zaman şikayət Estoniya Dövlət Məhkəməsinə yönəldilib, o da etiraf edib ki: Büro öz səlahiyyətlərini aşdığı halda əvvəlki iki məhkəmənin qərarları səhv ola bilər.
Beləliklə, agentliyin şikayəti yenidən baxılması üçün Tallin İnzibati Məhkəməsinə qaytarılır.
Xatırladaq ki, Estoniya hakimiyyətinin Sputnik Estoniya ilə bağlı mövqeyini ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezir tənqid etmişdi. 2019-cu ilin dekabrında Dezir Sputnik Estoniya-ya təzyiq etməkdən çəkindirmiş, redaksiyanın fəaliyyətinə qoyulan məhdudiyyətləri lüzumsuz adlandırmışdı. “Bu, məlumatın sərbəst axınına mənfi təsir göstərə bilər”, - Dezir öz Twitter səhifəsində qeyd etmişdi.
Bununla belə, irəli sürülən təhdidlərə görə 2020-ci il yanvarın 1-dən etibarən Sputnik Estoniya saytı fövqəladə rejimdə fəaliyyət göstərdi, daha sonra isə fəaliyyətini dayandırdı. İşçilər Sputnik Estoniya ilə müqavilələri pozmalı oldular.
Nəşrin baş redaktoru Yelena Çerışeva dəfələrlə bildirib ki, bu nümunə onu göstərdi ki, Estoniyada söz azadlığı prinsiplərinin açıq şəkildə pozulması müşahidə olunur. 2021-ci ilin fevral ayında o və Sputnik Estoniya-nın digər keçmiş əməkdaşları yeni layihəyə - Sputnik Meedia-ya start verdilər.
* "Yadımda saxlayacağam".
ATƏT rəhbəri Sputnik Estoniya ilə bağlı vəziyyəti şərh edib
*
Sputnik Estoniya-nın rəhbəri və Vışinski Moskvada səfirliyin önündə piketə çıxdılar
*
Fransalı jurnalistlər Sputnik Estoniya-nı dəstəklədilər
*
Estoniya sakinləri: Sputnik-in fəaliyyətinin dayandırılması senzuradır