Sputnik Estoniya-nın rəhbəri və Vışinski Moskvada səfirliyin önündə piketə çıxdılar

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidИсполнительный директор МИА "Россия сегодня" Кирилл Вышинский участвует в пикете у посольства Эстонии в Москве
Исполнительный директор МИА Россия сегодня Кирилл Вышинский участвует в пикете у посольства Эстонии в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
“Biz Estoniyanın Müstəqillik Günündə bura toplaşaraq Estoniyanın Xarici İşlər Nazirliyini və digər rəsmi hakimiyyət orqanlarını Sputnik Estoniya-dan olan həmkarlarımızla bağlı vəziyyətə bir daha reaksiya verməyə çağırırıq”, – Vışinski qeyd edib.

BAKI, 24 fevral — Sputnik. “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin (BİA) İcraçı direktoru Kirill Vışinski və Sputnik Estoniya-nın rəhbəri Yelena Çerışeva Estoniyanın Moskvadakı səfirliyi önündə piketdə iştirak ediblər. Sputnik Azərbaycan xəbər verir ki, məlumatı RİA Novosti-nin müxbiri yayıb.

Estoniyanın Müstəqillik Günü fevralın 24-də qeyd olunur. Bu gün jurnalistlər ölkə hakimiyyətinə Sputnik-in əməkdaşlarının sıxışdırılması barədə xatırlatmaq qərarına gəliblər.

Bir müddət öncə Sputnik Estoniya-nın əməkdaşları Polis və Sərhəd Mühafizə İdarəsinin rəhbərliyindən "Rossiya Seqodnya" ilə əməkdaşlığın 2020-ci il yanvarın 1-dək dayandırılmasını tələb edən məktublar alıblar. Əks halda, əməkdaşlara qarşı cinayət işlərinin açılacağına dair xəbərdarlıq verilib. Bu hərəkətlər Avropa İttifaqı (Aİ) tərəfindən 2014-cü il martın 17-də Ukraynadakı hadisələrin fonunda bir sıra fiziki və hüquqi şəxslərə qarşı tətbiq olunmuş sanksiyalarla əsaslandırılıb. Lakin Aİ sanksiyaları Sputnik-in daxil olduğu "Rossiya Seqodnya" BİA-ya qarşı deyil, şəxsən agentliyin Baş direktoru Dmitri Kiselyova qarşı tətbiq edilib.

"Biz Estoniyanın Müstəqillik Günündə bura toplaşaraq Estoniyanın Xarici İşlər Nazirliyini və digər rəsmi hakimiyyət orqanlarını Sputnik Estoniya-dan olan həmkarlarımızla bağlı vəziyyətə bir daha reaksiya verməyə çağırırıq. Onların taleləri mənim şəxsi təcrübəmi çox xatırladır. Yalnız fərq ondadır ki, Ukraynada məni həbs edib, bir ildən çox dəmir barmaqlıqlar arxasında saxlayıblar. Həmkarlarımı isə hələ ki, həbs müddəti ilə hədələyirlər. Bunların hamısının Aİ ərazisində baş verdiyini nəzərə alsaq, bu fakt böyük narahatlıq doğurur", – Vışinski qeyd edib.

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidSputnik Estoniya-nın rəhbəri Yelena Çerışeva Estoniyanın Moskvadakı səfirliyi önündə piketdə
Sputnik Estoniya-nın rəhbəri və Vışinski Moskvada səfirliyin önündə piketə çıxdılar - Sputnik Azərbaycan
Sputnik Estoniya-nın rəhbəri Yelena Çerışeva Estoniyanın Moskvadakı səfirliyi önündə piketdə

Çerışeva bu gün Estoniyanın Müstəqillik Gününü qeyd etdiyini xatırladıb. "Əslində bu gün həm müstəqillik, həm demokratiya, həm də söz azadlığı üçün matəm günüdür. Öz vətəndaşlarını yaşamaq üçün vəsaitdən məhrum edən, onları həbsxana ilə hədələyərək "Rossiya Seqodnya" BİA ilə əmək münasibətlərini pozmağa məcbur edən dövlət Müstəqillik Gününü qeyd edə bilməz. Özünü demokratik mövqeyə qoyan Avropa dövləti 30-dan çox insanı yalnız başqa cür düşündüklərinə, əsas axından kənarda durduqlarına görə işlərindən məhrum edib", – Çerışeva vurğulayıb.

Bir müddət öncə Sputnik Estoniya ətrafındakı vəziyyəti şərh edərkən Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, Rusiyanın hakimiyyət orqanları Sputnik-in digər ölkələrdə fəaliyyətini dəstəkləmək üçün hər şeyi edəcəklər.

Moskvada yüksək rütbəli mənbə RİA Novosti-yə bildirib ki, britaniyalı kuratorların Estoniya hakimiyyətinin hərəkətləri ilə əlaqəsi var və bu fakt yaxın zamanlarda Rusiyadakı Britaniya mediasına qarşı simmetrik tədbirlərin görülməsində nəzərə alınacaq.

Xəbər lenti
0