Fransalı jurnalistlər Sputnik Estoniya-nı dəstəklədilər

© © SputnikПресс-центр Sputnik Эстония. Архивное фото
Пресс-центр Sputnik Эстония. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə "Sud Radio"nun jurnalisti Andre Berkoff, "Paris Match" jurnalının müxbiri və direktor müavini Rejis le Sommye iştirak ediblər.

BAKI, 30 yanvar — Sputnik. "Rossiya Seqodnya" BİA-nın icraçı direktoru Kiril Vışinski və Sputnik Estoniya-nın rəhbəri Yelena Çerışeva Parisdə söz azadlığı ilə bağlı debatlarda iştirak ediblər.

Görüşdə "Sud Radio"nun jurnalisti Andre Berkoff, "Paris Match" jurnalının müxbiri və direktor müavini Rejis le Sommye iştirak ediblər. Vışinski və Çerışeva həmkarlarına Estoniyada mediaya edilən təzyiqlərlə bağlı vəziyyət barədə danışıblar.

Пресс-центр Sputnik Эстония. Архивное фото - Sputnik Azərbaycan
Lavrov: "Sputnik Estoniya ətrafındakı vəziyyət Aİ-nin nüfuzuna ləkədir"

Dünya Estoniyadakı qanunsuzluq haqqında xəbərdar olmalıdır

2020-ci il yanvarın 1-dən etibarən Sputnik Estoniya-nın əməkdaşları Estoniyanın hakimiyyət orqanları tərəfindən cinayət işinin başlanacağı təhdidləri səbəbindən "Rossiya Seqodnya" BİA ilə əmək münasibətlərini pozmağa məcbur olublar. Yeni il ərəfəsində Sputnik Estoniya-nın bütün işçiləri Polis və Sərhəd Mühafizə İdarəsinin rəhbərliyindən "Rossiya Seqodnya" ilə əməkdaşlığın dayandırılmasını tələb edən məktublar alıblar. Əks halda, əməkdaşların həbsxanaya salınmaq təhlükəsi ilə üzləşəcəyi bildirilib.

Sputnik Estoniya-nın redaksiyası hazırda fövqəladə rejimdə işləyir.

"Biz istəyirik Avropada bilsinlər ki, Avropa ölkəsi yalnız peşə vəzifələrini icra etdikləri və Rusiyanın beynəlxalq informasiya agentliyində işlədikləri üçün jurnalistlərə qarşı cinayət işi başlamağa, onları həbsə atmağa hazırdır. İndi Estoniyada olan bu vəziyyətə maksimum şəkildə açıqlıq gətirmək istəyirik. Bütün dünya bu qanunsuzluqdan xəbərdar olmalıdır", - Çerışeva vurğulayıb.

O xatırladıb ki, agentliyin dörd illik fəaliyyəti ərzində Estoniyanın hakimiyyət orqanları onun işinə rəsmi şəkildə irad bildirməyiblər. Lakin buna baxmayaraq, jurnalistlər işlərində müxtəlif maneələrlə qarşılaşırdılar. Jurnalistlər üçün bəzi tədbirlərdə iştirak etmək çox vaxt çətin idi və ölkənin bütün rəsmilərinə Sputnik Estoniya ilə danışmaq tövsiyə edilmirdi.

Çerışevanın sözlərinə görə, "Rossiya Seqodnya" BİA, şəxsən özü və Rusiyanın müxtəlif strukturları "əsas problemi həll etmək – bütün iddiaları, Estoniya hakimiyyət orqanları tərəfindən uydurulmuş bütün iddiaları aradan qaldırmaq üçün" mümkün olan hər şeyi edirlər.

Пресс-центр Sputnik Эстония. Архивное фото - Sputnik Azərbaycan
Sputnik Estoniya-nın işçiləri təhdidlərə görə redaksiyanı tərk etdilər

Jurnalistlərin danışmaq imkanı olmalıdır

"Jurnalistlərin dediklərinin kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, onların istədiklərini demək imkanı olmalıdır. Çünki elə bu da azadlıqdır", – Fransa jurnalistikasının ustadı Andre Berkoff cavabında deyib.

Kiril Vışinski isə bir müddət əvvəl Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin ofisi ilə birlikdə Sputnik Estoniya ətrafındakı vəziyyəti nəzarətdə saxlayacağını bəyan etdiyini xatırladıb.

Estoniya öz vətəndaşlarını incidir

Yelena Çerışeva Avropa Şurası komissarının Sputnik Estoniya ətrafındakı vəziyyət barədə məlumatının natamam olduğuna dair nəticəyə gəldiyini etiraf edib.

"Buna görə də o, (Dunya Miyatoviç – red.) mənə əlavə suallar verirdi. Əlbəttə ki, onları cavablandırdım. Bu, AŞPA-ya (Avropa Şurası Parlament Assambleyası – red.) səfərimin məqsədi idi – Sputnik Estoniya ətrafındakı vəziyyət barədə maksimum məlumat vermək", - Çerışeva deyib.

Umud Mirzəyev - Sputnik Azərbaycan
Umud Mirzəyev: “Sputnik Estoniya-ya qarşı davranışı kəskin pisləyirik”

Çerışeva vurğulayıb ki, Sputnik Estoniya-nın işçilərinin əsasən hamısı Estoniya vətəndaşlarıdır.

"Polis öz hərəkətləri ilə öz vətəndaşlarını incidir və vətəndaşlarını yalnız Rusiya mediasında işlədikləri üçün həbs etməyə hazırdır. Vəziyyətin ən qısa müddətdə həll edilməsi, bütün əməkdaşların işlərinə qayıtması və Estoniyanın üfüqündə yenidən Sputnik-in görünməsi üçün hər şeyi edirik", - Sputnik Estoniya-nın rəhbəri əlavə edib.

Bir müddət əvvəl Sputnik Estoniya ətrafındakı vəziyyəti şərh edərkən Rusiya Prezidenti Vladimir Putin deyib ki, Rusiyanın hakimiyyət orqanları Sputnik-in digər ölkələrdə fəaliyyətini dəstəkləyəcək.

Beynəlxalq Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) isə "Rossiya Seqodnya" BİA-nın məktubuna cavab olaraq bildirib ki, təşkilat Estoniyadakı rusdilli media ilə bağlı vəziyyəti araşdırır.

Xəbər lenti
0