Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yaşayış minimumunun məbləği artırılır

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.10.2021
Abunə olmaq
BAKI, 27 oktyabr - Sputnik. Azərbaycanda 2021-ci il üçün yaşayış minimumunun məbləği artırlır.
Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimunun məbləğinin 205 manat müəyyən edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, buna qədər yaşayış minumum 196 manat həcmində müəyyən edilmişdi.
Eyni zamanda Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarının həddi artırılır. Bu, "Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində əksini tapıb. Qanun layihəsinə əsasən, 2022-ci il üçün ehtiyac meyarının həddinin 200 manat olması nəzərdə tutulur. Qeyd edək ki, 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində olub.
Eləcə də oxuyun:
* Azərbaycanda təhsilə dörd milyard manata yaxın vəsait ayrılacaq
* Azərbaycanda devalvasiya gözlənilir? Neftin ağ, manatın qara günləri
* Dövlət Neft Fondu iki milyard manata yaxın xərcə düşüb
* Gəlir və xərclərimiz nə qədər olub - Maliyyə Nazirliyinin operativ məlumatı
Xəbər lenti
0