Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Türk dünyası yenidən birləşəcək: Söhbət bir trilyon dollarlıq iqtisadiyyatdan gedir

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Türkiyə prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoyublar
Azərbaycan və Türkiyə prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoyublar - Sputnik Azərbaycan, 1920, 27.10.2021
Abunə olmaq
Milli məclisin deputatı əmindir ki, Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq.
BAKI, 27 oktyabr — Sputnik. Türk dünyasının iki lideri - Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular. Yalnız iki türk dövləti deyil, bütövlükdə bölgə, eyni zamanda türkdilli ölkələr üçün strateji əhəmiyyət daşıyacaq bu təməlqoyma regionda yeni düzənin formalaşdığını bir daha təsdiq etdi. Bunu Sputnik Azərbaycan-a millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, dəhliz Zəngəzur bölgəsindən keçməklə həmçinin Şərqi Zəngəzurun infrastrukturunu da özünə inteqrasiya edəcək.
"Bu baxımdan təməli qoyulan yeni avtomobil yolu Zəngəzur dəhlizinə inteqrasiya olunacağı üçün onun infrastruktur elementinə çevriləcək. Digər tərəfdən, son təməlqoyma mərasimi də göstərir ki, Zəngəzur dəhlizinin reallaşması sadəcə zaman məsələsidir. Dəhlizin yaxın illərdə istifadəyə verilməsi praktik olaraq, qaçılmazdır".
O diqqətə çatdırıb ki, Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq: "Söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu (ÜDM) olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Belə ki, Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  - Sputnik Azərbaycan, 1920, 26.10.2021
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Gün gələcək, Zəngəzurdan İstanbuladək gedə biləcəyik - Ərdoğan
Deputat qeyd edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək: "Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq".
"Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək", - deyə o əlavə edib.
Qeyd edək ki, dünən Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyublar.
Zəngəzur dəhlizi haqqında danışan Prezident İlham Əliyev deyib: "Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli-praktiki addımlar atır və əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir".
Eləcə də oxuyun:
* Putin İlham Əliyevin müdrikliyi, Zəngəzur dəhlizi və bölgənin gələcəyi barədə
* Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr nəyi göstərir - Prezident açıqladı
* İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib
* Prezident: "Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi"
Xəbər lenti
0