https://sputnik.az/20211026/lham-eliyev-ve-erdogan-zengezur-dehlizinin-temelini-qoydu-434603566.html
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib
Sputnik Azərbaycan
Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə üstündə Xarıbülbül təsviri olan saatlar hədiyyə edib. 26.10.2021, Sputnik Azərbaycan
2021-10-26T19:06+0400
2021-10-26T19:06+0400
2021-10-26T19:10+0400
siyasət
prezident ilham əliyev
zəngəzur
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
ərdoğan
rəcəb tayyip ərdoğan
füzuli rayonu
naxçıvan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1a/434611843_0:158:2100:1339_1920x0_80_0_0_dad8afa955cda6b6001b3798677e4ffc.jpg
BAKI, 26 oktyabr — Sputnik. Oktyabrın 26-da Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub. Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, dövlət başçıları əvvəlcə rəsmi foto çəkdiriblər.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə üstündə Xarıbülbül təsviri olan saatlar hədiyyə edib.Görüşdən sonra dövlət başçılarının mətbuata bəyanatı olacaq.Qeyd edək ki, oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməli qoyulub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.Sonra dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoyublar.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçılarına məlumat verib.Füzuli hava limanının açılışıBu gün Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Xatırladaq ki, yanvarın 14-də Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyub. Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 000 metr, eni isə 45 metrdir. Perron sahəsi 60 min kvadratmetr olan hava limanında müxtəlif növ təyyarələrin dayanacağı var. Yönəldici yolun sahəsi 6 500 kvadratmetr, aeroporta giriş yolu 5 000 kvadratmetr təşkil edir.Zəngəzur dəhliziZəngəzur dəhlizi — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. İkinci Qarabağ müharibəsinin sonucu olaraq imzalanan Dağlıq Qarabağda atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur. 9-cu maddədə deyilir: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.Həmçinin oxuyun:Füzuli Beynəlxalq Hava Limanının açılışı keçirildi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1a/434611843_52:0:2048:1497_1920x0_80_0_0_ed102cc272a1a903a4a68ee4672d6069.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, zəngəzur, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, ərdoğan, rəcəb tayyip ərdoğan, füzuli rayonu, naxçıvan
prezident ilham əliyev, zəngəzur, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, ərdoğan, rəcəb tayyip ərdoğan, füzuli rayonu, naxçıvan
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib
19:06 26.10.2021 (Yenilənib: 19:10 26.10.2021) Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə üstündə Xarıbülbül təsviri olan saatlar hədiyyə edib.
BAKI, 26 oktyabr — Sputnik. Oktyabrın 26-da Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, dövlət başçıları əvvəlcə rəsmi foto çəkdiriblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə üstündə Xarıbülbül təsviri olan saatlar hədiyyə edib.
Görüşdən sonra dövlət başçılarının mətbuata bəyanatı olacaq.
Qeyd edək ki, oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməli qoyulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.
Sonra dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoyublar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçılarına məlumat verib.
Füzuli hava limanının açılışı
Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Xatırladaq ki, yanvarın 14-də Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyub. Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 000 metr, eni isə 45 metrdir. Perron sahəsi 60 min kvadratmetr olan hava limanında müxtəlif növ təyyarələrin dayanacağı var. Yönəldici yolun sahəsi 6 500 kvadratmetr, aeroporta giriş yolu 5 000 kvadratmetr təşkil edir.
Zəngəzur dəhlizi — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. İkinci Qarabağ müharibəsinin sonucu olaraq imzalanan Dağlıq Qarabağda atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur.
9-cu maddədə deyilir: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.