https://sputnik.az/20211027/hamilelere-peyvend-vurulmasi-meselesine-aydinliq-getirilib-434596342.html
Hamilələrə peyvənd vurulması məsələsinə aydınlıq gətirilib
Hamilələrə peyvənd vurulması məsələsinə aydınlıq gətirilib
Sputnik Azərbaycan
Hamilələrə peyvəndlərin tövsiyə olunduğu mərhələ 12 həftədən sonrakı zamandır. COVID-19 peyvəndi sonsuzluğa səbəb olmur. 27.10.2021, Sputnik Azərbaycan
2021-10-27T09:45+0400
2021-10-27T09:45+0400
2021-10-27T09:45+0400
hamilə
səhiyyə
qadın
vaksin
peyvənd
döl
https://cdnn1.img.sputnik.az/img/42227/21/422272189_0:0:3071:1728_1920x0_80_0_0_c7b523ab6019981de00146131c297eef.jpg
BAKI, 27 oktyabr — Sputnik. Hamiləlik fizioloji olaraq immun sisteminin zəiflədiyi dövrdür. Bu səbəbdən hamilə qadınlar hər hansı bir bakteriya və ya virus xəstəliyini daha ağır keçirirlər. Bu mənada COVID-19 da istisna deyil.Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis- eksperti, ginekoloq-cərrah Emin Haqverdiyev deyib.Onun sözlərinə görə, hamilə qadınların digər əhali qrupu ilə müqayisədə COVID-19-a yoluxma ehtimalı daha yüksək olmasa da, araşdırmalar COVID-19-un hamiləlikdə daha ciddi nəticələrə səbəb olan risk faktoru olduğunu göstərir:Ginekoloq qeyd edib ki, xroniki xəstəlikləri olan hamilə qadınların COVID-19 virusunun fəsadları ilə əlaqədar ciddi ağırlaşmalarla üzləşmə riski daha yüksəkdir:Nazirlik rəsmisi eyni zamanda hamilə qadınların 12 həftədən sonra peyvənd olunmasına da aydınlıq gətirib:Mütəxəssis bildirib ki, ümumiyyətlə, peyvəndlərin yan təsirləri yüngüldür və qısamüddətlidir:Həmçinin oxuyun:* Azərbaycanda koronavirus: rəqəmlərdə azalma var* Nazirlik hamilə qadınlara Pfizer-lə peyvənd olunmağı tövsiyə edir* "Pfizer-BioNTech" peyvəndi uşaqlara necə vurula bilər?* Qriplə koronavirus vaksinini birlikdə vurdurmaq olarmı?* Həkim deputatdan vaksinlərlə bağlı əhaliyə müraciət* Səhiyyə Nazirliyi: Müəllimlərə üçüncü doza vaksin vurulmalıdır* Ekspertiza rəyi: Xudatda şagird koronavirusdan deyil, ürək çatışmazlığından ölüb* Distant təhsil nəyi dəyişəcək? Yoluxanlar azalsa da, təhsilin keyfiyyəti...
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42227/21/422272189_129:0:2860:2048_1920x0_80_0_0_09bb3a4e401c5e805c78cdc02b911f52.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
hamilə, qadın, vaksin, peyvənd, döl
hamilə, qadın, vaksin, peyvənd, döl
Hamilələrə peyvənd vurulması məsələsinə aydınlıq gətirilib
Hamilələrə peyvəndlərin tövsiyə olunduğu mərhələ 12 həftədən sonrakı zamandır. COVID-19 peyvəndi sonsuzluğa səbəb olmur.
BAKI, 27 oktyabr — Sputnik. Hamiləlik fizioloji olaraq immun sisteminin zəiflədiyi dövrdür. Bu səbəbdən hamilə qadınlar hər hansı bir bakteriya və ya virus xəstəliyini daha ağır keçirirlər. Bu mənada COVID-19 da istisna deyil.
Sputnik Azərbaycan xəbər verir ki, bunu
Səhiyyə Nazirliyinin mütəxəssis- eksperti, ginekoloq-cərrah
Emin Haqverdiyev deyib.
Onun sözlərinə görə, hamilə qadınların digər əhali qrupu ilə müqayisədə COVID-19-a yoluxma ehtimalı daha yüksək olmasa da, araşdırmalar COVID-19-un hamiləlikdə daha ciddi nəticələrə səbəb olan risk faktoru olduğunu göstərir:
"Hamiləliyə bağlı piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistemi xəstəlikləri olan qadınlarda risk daha da artır. 18 ölkədən 2130 qadının iştirak etdiyi araşdırmada COVID-19 virusuna yoluxan qadınlarda ana ölümü, preeklampsi və vaxtından əvvəl doğuş riskinin daha yüksək olduğu göstərilib".
Ginekoloq qeyd edib ki, xroniki xəstəlikləri olan hamilə qadınların COVID-19 virusunun fəsadları ilə əlaqədar ciddi ağırlaşmalarla üzləşmə riski daha yüksəkdir:
"ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) 11 avqust 2021-ci il tarixində dərc etdiyi hesabatda COVID-19-a yoluxan hamilə qadınların sayının son bir neçə ayda artdığı bildirilir. “Delta” variantının daha yoluxucu olması və hamilə qadınlarda ağır xəstəlik riskinin yüksək olması, ancaq qorxuya görə peyvəndlənmənin aşağı olması bu artımın əsas səbəblərindən biri olaraq hesab edilib. Aparılan araşdırmalar göstərir ki, COVID-19 ana südü vasitəsilə körpəyə keçə bilməz. Virus anadan körpəyə yalnız süd verərkən tənəffüs yolları vasitəsilə keçə bilər. Bu səbəbdən COVID-19-a yoluxan analara süd verərkən tibb maskadan istifadə etmək və gigiyena qaydalarına əməl etmək tövsiyə edirik".
Nazirlik rəsmisi eyni zamanda hamilə qadınların 12 həftədən sonra peyvənd olunmasına da aydınlıq gətirib:
"Çünki 12 həftəyə qədər bətndaxili körpənin orqanlarının yaranma prosesi sona çatır. Daha sonrakı mərhələ isə yaranmış orqanlarının inkişaf və böyümə mərhələsidir. İlk 12 həftə hamiləliyin hər hansı təsirlə qarşı-qarşıya qaldığı halda risk daşıyan mərhələsidir. Bu səbəbdən peyvəndlərin tövsiyə olunduğu mərhələ 12 həftədən sonrakı zamandır. COVID-19 peyvəndi sonsuzluğa səbəb olmur. Bu peyvəndin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna və ya plasentaya və dölə zərər verdiyinə dair heç bir sübut yoxdur. Hamilə olmağa çalışan qadınlar COVID-19 peyvəndi ola bilərlər, bəzən əksi iddia edilsə də, hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur".
Mütəxəssis bildirib ki, ümumiyyətlə, peyvəndlərin yan təsirləri yüngüldür və qısamüddətlidir:
"Peyvənddən sonra ilk iki gündə ən çox rast gəlinən yan təsirlər - yorğunluq, ağrı, titrəmə və inyeksiya edilən qolda ağrı və ya həssaslıqdır. COVID-19 peyvəndlərinin bir və ya iki gün davam edən qızdırma və ya əzələ ağrısı kimi yüngül və qısamüddətli yan təsirləri olduğu bilinir. Allergik reaksiya və ya laxtalanma problemləri kimi ciddi yan təsirlər çox nadirdir. Qripə bənzər simptomlar da ola bilər. Məsləhət üçün həkimə müraciət etmək lazımdır".
* Azərbaycanda koronavirus:
rəqəmlərdə azalma var *
Distant təhsil nəyi dəyişəcək? Yoluxanlar azalsa da, təhsilin keyfiyyəti...