Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azad edilən bölgələri qısa müddətdə inkişaf etdirmək hər siyasətçinin işi deyil - Ərdoğan

© Official website of President of Azerbaijan RepublicTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanın Ağalı kəndində mətbuata birgə bəyanatlarla çıxış zamanı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanın Ağalı kəndində mətbuata birgə bəyanatlarla çıxış zamanı - Sputnik Azərbaycan, 1920, 26.10.2021
Abunə olmaq
Türkiyə Prezidenti: Dəyərli qardaşım, Prezident İlham Əliyevə xoş dəvət üçün bir daha şəxsim, heyətim, millətim adına təşəkkür edirəm.
BAKI, 26 oktyabr - Sputnik. “İşğaldan azad edilən bu gözəl bölgədə dörd aylıq fasilədən sonra Füzulidən sonra Zəngilanda olmaqdan böyük bir qürur duyuram”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Zəngilanda keçirilən birgə mətbuat konfransında çıxışı zamanı deyib.

“Dəyərli qardaşım, Prezident İlham Əliyevə xoş dəvət üçün bir daha şəxsim, heyətim, millətim adına təşəkkür edirəm. Bu gün etdiyimiz bu ziyarətlərlə qısa zaman içərisində Azərbaycandakı işğaldan azad edilən bu bölgələrin necə ayağa qalxdığını, sürətlə inkişaf etdiyini görmək hər igidin, siyasətçinin bacara biləcəyi iş deyil“, - deyə dövlət başçısı vurğulayıb.

“İnanıram ki,azərbaycanlı qardaşlarım ən qısa zamanda ayrıldıqları torpaqlara, daha gözəl bir şəkildə inşa və bərpa edilən bu yerlərə dönəcəklər. Buradan qarşımızdakı binaya baxırıq, solumuzdakı binalara baxırıq. Buralar daha gözəl bir şəkildə inşa edilir“, - deyə dövlət başçısı vurğulayıb.

Daha sonra R.T.Ərdoğan deyib ki, Türkiyə bundan sonra da qardaş Azərbaycana dəstək verməyə davam edəcək.
Türkiyə dövlət başçısının sözlərinə görə, bu gün Azərbaycan Prezidenti ilə keçirdiyi görüşdə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə ediblər:

“Türkiyə regionda davamlı sülhün və normal münasibətlərin qurulmasının tərəfdarıdır”.

Daha sonra Türkiyə Prezidenti bildirib ki, bu coğrafiyadan keçəcək avtomobil və dəmiryolu xətləri sadəcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün də iqtisadi-ticari imkanlar yaradacaq.

"Gün gələcək Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik”, - Türkiyə Prezidenti vurğulayıb.

R.T.Ərdoğan qeyd edib ki, Azərbaycan bütün dünyaya örnək olacaq bir model ilə bu bölgəni inkişaf etdirmək üçün fəaliyyətini davam etdirir. Təməli qoyulan layihələrin, tunellərin, avtomobil yollarının bölgədə görülən işlərin miqyasını göstərmək baxımından çox önəmli olduğunu qeyd edən Türkiyə Prezidenti deyib:

“Bu fəaliyyətə liderlik edən İlham qardaşımı və əməyi keçən hər kəsi ürəkdən təbrik edirəm. Podratçı firmaları təbrik edirəm. Podratçı firmaların işi ən yüksək təqdirə layiqdir. Türkiyə olaraq, biz də bu fəaliyyətlərdə üzərimizə düşəni etməyə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmaqda davam edəcəyik”.

Həmçinin oxuyun:
Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır - İlham Əliyev
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib
Ərdoğan Azərbaycan Prezidentinə Xarıbülbül təsviri olan saatlar hədiyyə edib
Füzuli Beynəlxalq Hava Limanının açılışı keçirildi
Xəbər lenti
0