https://sputnik.az/20211011/ulviyye-heyderovanin-monopyesi-turkiye-beynelxalq-teatr-festivalinda-434109634.html
Ülviyyə Heydərovanın monopyesi Türkiyə Beynəlxalq Teatr festivalında
Ülviyyə Heydərovanın monopyesi Türkiyə Beynəlxalq Teatr festivalında
Sputnik Azərbaycan
Sözügedən monopyes bundan öncə Moskvada, "Dramaturgiya kafedrası - XXI əsr" tərəfindən tamaşaya qoyulub. 11.10.2021, Sputnik Azərbaycan
2021-10-11T20:00+0400
2021-10-11T20:00+0400
2021-10-16T11:15+0400
teatr
mədəniyyət
təmsil
yazıçı
müsabiqə
dramaturq
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42223/30/422233076_0:195:1921:1275_1920x0_80_0_0_1238869259aaae3e0bf1f40b54ca952f.jpg
BAKI, 11 oktyabr — Sputnik. Oktyabrın 7-dən 17-dək Türkiyənin Diyarbəkir şəhərində keçirilən "II SoloFest – Keçmişdən bu günə hekayə ənənəsi" Beynəlxalq Teatr festivalında ölkəmizi yazıçı-dramaturq Ülviyyə Heydərovanın "Pələng" monopyesi təmsil edib.Bu barədə Sputnik Azərbaycan-a məlumat verən yazıçı-dramaturqun sözlərinə görə, Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələn tamaşa "Teatral Studiya" tərəfindən rejissor Səbinə Məmmədzadənin quruluşunda təqdim olunub.Pələng rolunun ifaçısı Gənc Tamaşaçılar Teatrının aktrisası Zümrüd Quliyevadır. Tamaşanın musiqi tərtibatı Zaur Rəşidovundur. Müəllifin sözlərinə görə, tamaşa anşlaqla keçib.Məlumat üçün bildirək ki, tamaşa "Pələng" adlı, küçəyə atılmış itin aqibətindən bəhs edir. Əsərin qəhrəmanı evin yeni sahibi tərəfindən uzun illər yaşadığı yerdən qovulmuş "Pələng" adlı itdir. O, tənha qalır, köhnə sahibini və onun xanımı ilə xoşbəxt günlərini xatırlayır. Vəfalı it xatirələrin işığında sahibinin məzarını ziyarət edir.Xatırladaq ki, sözügedən monopyes bundan öncə Moskvada, "Dramaturgiya kafedrası- XXI əsr" ("Кафедра драматургии - XXI век") tərəfindən tamaşaya qoyulub.Əsər "İlkin hadisə - XXI əsr" Beynəlxalq Müstəqil Müasir Dramaturgiya Müsabiqəsində "Yalnız artist" nominasiyasının geniş siyahısına daxil edilib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42223/30/422233076_100:0:1817:1288_1920x0_80_0_0_189857e4c2bacb01d8b80de7b0ac7d1d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
teatr, təmsil, yazıçı, müsabiqə, dramaturq, azərbaycan
teatr, təmsil, yazıçı, müsabiqə, dramaturq, azərbaycan
Ülviyyə Heydərovanın monopyesi Türkiyə Beynəlxalq Teatr festivalında
20:00 11.10.2021 (Yenilənib: 11:15 16.10.2021) Sözügedən monopyes bundan öncə Moskvada, "Dramaturgiya kafedrası - XXI əsr" tərəfindən tamaşaya qoyulub.
BAKI, 11 oktyabr — Sputnik. Oktyabrın 7-dən 17-dək Türkiyənin Diyarbəkir şəhərində keçirilən "II SoloFest – Keçmişdən bu günə hekayə ənənəsi" Beynəlxalq Teatr festivalında ölkəmizi yazıçı-dramaturq Ülviyyə Heydərovanın "Pələng" monopyesi təmsil edib.
Bu barədə
Sputnik Azərbaycan-a məlumat verən yazıçı-dramaturqun sözlərinə görə,
Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələn tamaşa
"Teatral Studiya" tərəfindən rejissor
Səbinə Məmmədzadənin quruluşunda təqdim olunub.
Pələng rolunun ifaçısı Gənc Tamaşaçılar Teatrının aktrisası Zümrüd Quliyevadır. Tamaşanın musiqi tərtibatı Zaur Rəşidovundur. Müəllifin sözlərinə görə, tamaşa anşlaqla keçib.
Məlumat üçün bildirək ki, tamaşa "Pələng" adlı, küçəyə atılmış itin aqibətindən bəhs edir. Əsərin qəhrəmanı evin yeni sahibi tərəfindən uzun illər yaşadığı yerdən qovulmuş "Pələng" adlı itdir. O, tənha qalır, köhnə sahibini və onun xanımı ilə xoşbəxt günlərini xatırlayır. Vəfalı it xatirələrin işığında sahibinin məzarını ziyarət edir.
Xatırladaq ki, sözügedən monopyes bundan öncə Moskvada, "Dramaturgiya kafedrası- XXI əsr" ("Кафедра драматургии - XXI век") tərəfindən tamaşaya qoyulub.
Əsər "İlkin hadisə - XXI əsr" Beynəlxalq Müstəqil Müasir Dramaturgiya Müsabiqəsində "Yalnız artist" nominasiyasının geniş siyahısına daxil edilib.