https://sputnik.az/20211025/ceyhun-bayramov-elcezairin-azerbaycandaki-sefiri-ile-gorusub-434573829.html
Ceyhun Bayramov Əlcəzairin Azərbaycandakı səfiri ilə görüşüb
Ceyhun Bayramov Əlcəzairin Azərbaycandakı səfiri ilə görüşüb
Sputnik Azərbaycan
Azərbaycan ilə Əlcəzair arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayan nazir, bu əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsi... 25.10.2021, Sputnik Azərbaycan
2021-10-25T18:10+0400
2021-10-25T18:10+0400
2021-10-25T18:10+0400
xarici
siyasət
səfir
xin
əlcəzair
ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/19/434573757_0:82:1600:982_1920x0_80_0_0_bdd01b967fc6eb1d6823a266a19ec26a.jpg
BAKI, 25 oktyabr — Sputnik. Xarici İşlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhakı diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.Nazir Ceyhun Bayramov səfirin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib. Azərbaycan ilə Əlcəzair arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayan nazir, bu əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə münaqişə sonrası yaranmış yeni vəziyyət və Azərbaycan tərəfindən üçtərəfli bəyanatların icrası ilə əlaqədar həyata keçirilən konkret addımlar barədə ətraflı məlumat verib. Ərazilərimizin işğalı amilinin aradan qaldırılması ilə bölgədə yeni əməkdaşlıq imkanlarının yarandığı qarşı tərəfin diqqətinə çatdırılıb.Nazir, həmçinin pandemiya ilə əlaqədar birbaşa təmasların məhdud olmasına baxmayaraq, əlcəzairli həmkarı ilə beynəlxalq platformalarda təmaslarını qeyd edib. O, ölkələrimizin beynəlxalq təşkilatlarda, o cümlədən BMT, İƏT, QH çərçivəsində uğurla əməkdaşlıq etdiyini ifadə edib.Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhak diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və ölkələrimiz arasındakı münasibətlərin inkişafından məmnunluqla bəhs edib. Səfir ölkəsinin hər zaman beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutduğunu və bu xüsusda, ölkəsinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəklədiyini vurğulayıb.Görüş zamanı tərəflər, iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər.Eləcə də oxuyun: * Makrondan daha bir "nailiyyət": Əlcəzair hava məkanını Fransa HHQ üçün bağladı* Əlcəzairdən dəstək: Ermənistanın məhkəməyə verilməsi beynəlxalq hüquqa uyğundur* Əlcəzair Mərakeşlə diplomatik əlaqələri kəsdi* Azərbaycan XİN Əlcəzairə başsağlığı verib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/19/434573757_91:0:1510:1064_1920x0_80_0_0_450b7ebd354850b1ccc1ff8291da47c4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xarici, səfir, xin, əlcəzair, ceyhun bayramov
xarici, səfir, xin, əlcəzair, ceyhun bayramov
Ceyhun Bayramov Əlcəzairin Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan ilə Əlcəzair arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayan nazir, bu əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.
BAKI, 25 oktyabr — Sputnik. Xarici İşlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhakı diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.
Nazir Ceyhun Bayramov səfirin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib. Azərbaycan ilə Əlcəzair arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayan nazir, bu əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə münaqişə sonrası yaranmış yeni vəziyyət və Azərbaycan tərəfindən üçtərəfli bəyanatların icrası ilə əlaqədar həyata keçirilən konkret addımlar barədə ətraflı məlumat verib. Ərazilərimizin işğalı amilinin aradan qaldırılması ilə bölgədə yeni əməkdaşlıq imkanlarının yarandığı qarşı tərəfin diqqətinə çatdırılıb.
Nazir, həmçinin pandemiya ilə əlaqədar birbaşa təmasların məhdud olmasına baxmayaraq, əlcəzairli həmkarı ilə beynəlxalq platformalarda təmaslarını qeyd edib. O, ölkələrimizin beynəlxalq təşkilatlarda, o cümlədən BMT, İƏT, QH çərçivəsində uğurla əməkdaşlıq etdiyini ifadə edib.
Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhak diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və ölkələrimiz arasındakı münasibətlərin inkişafından məmnunluqla bəhs edib. Səfir ölkəsinin hər zaman beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutduğunu və bu xüsusda, ölkəsinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəklədiyini vurğulayıb.
Görüş zamanı tərəflər, iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər.
*
Makrondan daha bir "nailiyyət": Əlcəzair hava məkanını Fransa HHQ üçün bağladı
* Azərbaycan XİN
Əlcəzairə başsağlığı verib