https://sputnik.az/20210825/elcezair-Merakesle-diplomatik-elaqeleri-kesdi-427769452.html
Əlcəzair Mərakeşlə diplomatik əlaqələri kəsdi
Əlcəzair Mərakeşlə diplomatik əlaqələri kəsdi
Sputnik Azərbaycan
Əlcəzairin Ali Təhlükəsizlik Şurası avqustun 18-də qərara alıb ki, ölkənin dağlıq ərazilərində meşə yanğınları ilə bağlı ola biləcək Mərakeşlə əlaqələrə... 25.08.2021, Sputnik Azərbaycan
2021-08-25T00:19+0400
2021-08-25T00:19+0400
2021-11-16T20:29+0400
xəbərlər
diplomatik əlaqə
dünya
https://cdnn1.img.sputnik.az/img/42274/84/422748494_0:236:3204:2048_1920x0_80_0_0_4e501fda57f1699eba34dc559d7fc5bb.jpg
BAKI, 25 avqust - Sputnik. Əlcəzair Mərakeşlə diplomatik əlaqələri kəsib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə çərşənbə axşamı, avqustun 24-də Əlcəzairin Xarici işlər naziri Ramtan Lamamra deyib."Əlcəzair Mərakeşlə diplomatik əlaqələri bu gündən kəsməyi qərara alıb. Müstəqillik qazanılandan bəri Mərakeş ölkəmizə qarşı hər gün alçaq hərəkətlər edib", - Lamamra mətbuat konfransında deyib.Nazir bildirib ki, Mərakeşlə Əlcəzairin düşmənçiliyi "1963-cü il müharibəsindən bəri məqsədyönlü olub". O, həmçinin krallığı iki terrorçu qrup - islamçı Rachad və MAK Amaziq separatçıları (tayfaların yaşadığı ərazidə müqəddəratını təyin etmək üçün vuruşan hərəkat) ilə əlaqələrdə günahlandırıb. Əlcəzair onları meşə yanğınlarının törədilməsində şübhəli bilir.Lamamra həmçinin Mərakeşin xüsüsi xidmət orqanlarının əlcəzairli məmurları izlədiklərini deyib. Onun sözlərinə görə, Əlcəzair Mərakeşin BMT yanında daimi nümayəndəsinin Kabiliya regionunun müstəqilliyini çağırmaya yönəlmiş təxribatına qarşı təmkinli davranıb. "Səlahiyyətlərin bu cür aşılmasına Mərakeş hökumətinin susması isə onun sözlərini dəstəklədikləri mənasına gəlir", - Lamamra deyib.Əlcəzairin Ali Təhlükəsizlik Şurası avqustun 18-də qərara alıb ki, ölkənin dağlıq ərazilərində meşə yanğınları ilə bağlı ola biləcək Mərakeşlə əlaqələrə yenidən baxılsın.Əlcəzair XİN iyulun ortasında Kabiliya bölgəsi ilə bağlı Mərakeş tərəfinin birmənalı olmayan eyhamlarından sonra özünün bu ölkədəki səfirini məsləhətləşmə üçün geri çağırmışdı. Mərakeşin Nyu-Yorkdakı səfirliyi bundan öncə Qoşulmama hərəkatının üzvləri iolan ölkələr arasında "Kabilya xalqlarının müqəddəratını təyin etməsi hüququnu" dəstəkləyən rəsmi sənəd yaymışdı. Rəsmi Mərakeşin fikrincə, bu bölgə "ən uzun xarici işğala məruz qalıb". Əlcazir XİN bu əməli pisləyib və Mərakeşdən bu qəribə insidentə aydınlıq gətirməsini tələb edib.Kabiliya Əlcəzairin şimalındadır, orala 3,5 milyon kabil bərbəri yaşayır, onlar öz dillərini və mədəniyyətlərini qoruyub saxlayıblar. Bərbərlər hökumətlə müstəqillik uğrunda savaş aparırlar. Əlcəzair isə öz növbəsində Qərbi Saxaranın Mərakeşdən ayrılması uğrunda mübarizə aparan POLİSARİO cəbhəsini dəstəkləyir.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42274/84/422748494_0:34:3204:2048_1920x0_80_0_0_59599a319e06b29a07e92ae3a8b2c5cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, diplomatik əlaqə, dünya
xəbərlər, diplomatik əlaqə, dünya
Əlcəzair Mərakeşlə diplomatik əlaqələri kəsdi
00:19 25.08.2021 (Yenilənib: 20:29 16.11.2021) Əlcəzairin Ali Təhlükəsizlik Şurası avqustun 18-də qərara alıb ki, ölkənin dağlıq ərazilərində meşə yanğınları ilə bağlı ola biləcək Mərakeşlə əlaqələrə yenidən baxılsın.
BAKI, 25 avqust - Sputnik. Əlcəzair Mərakeşlə diplomatik əlaqələri kəsib. Sputnik Azərbaycan
RİA Novosti-yə istinadən bildirir ki, bu barədə çərşənbə axşamı, avqustun 24-də Əlcəzairin Xarici işlər naziri
Ramtan Lamamra deyib.
"Əlcəzair Mərakeşlə diplomatik əlaqələri bu gündən kəsməyi qərara alıb. Müstəqillik qazanılandan bəri Mərakeş ölkəmizə qarşı hər gün alçaq hərəkətlər edib", - Lamamra mətbuat konfransında deyib.
Nazir bildirib ki, Mərakeşlə Əlcəzairin düşmənçiliyi "1963-cü il müharibəsindən bəri məqsədyönlü olub". O, həmçinin krallığı iki terrorçu qrup - islamçı Rachad və MAK Amaziq separatçıları (tayfaların yaşadığı ərazidə müqəddəratını təyin etmək üçün vuruşan hərəkat) ilə əlaqələrdə günahlandırıb. Əlcəzair onları meşə yanğınlarının törədilməsində şübhəli bilir.
Lamamra həmçinin Mərakeşin xüsüsi xidmət orqanlarının əlcəzairli məmurları izlədiklərini deyib. Onun sözlərinə görə, Əlcəzair Mərakeşin BMT yanında daimi nümayəndəsinin Kabiliya regionunun müstəqilliyini çağırmaya yönəlmiş təxribatına qarşı təmkinli davranıb. "Səlahiyyətlərin bu cür aşılmasına Mərakeş hökumətinin susması isə onun sözlərini dəstəklədikləri mənasına gəlir", - Lamamra deyib.
Əlcəzairin Ali Təhlükəsizlik Şurası avqustun 18-də qərara alıb ki, ölkənin dağlıq ərazilərində meşə yanğınları ilə bağlı ola biləcək Mərakeşlə əlaqələrə yenidən baxılsın.
Əlcəzair XİN iyulun ortasında Kabiliya bölgəsi ilə bağlı Mərakeş tərəfinin birmənalı olmayan eyhamlarından sonra özünün bu ölkədəki səfirini məsləhətləşmə üçün geri çağırmışdı. Mərakeşin Nyu-Yorkdakı səfirliyi bundan öncə Qoşulmama hərəkatının üzvləri iolan ölkələr arasında "Kabilya xalqlarının müqəddəratını təyin etməsi hüququnu" dəstəkləyən rəsmi sənəd yaymışdı. Rəsmi Mərakeşin fikrincə, bu bölgə "ən uzun xarici işğala məruz qalıb". Əlcazir XİN bu əməli pisləyib və Mərakeşdən bu qəribə insidentə aydınlıq gətirməsini tələb edib.
Kabiliya Əlcəzairin şimalındadır, orala 3,5 milyon kabil bərbəri yaşayır, onlar öz dillərini və mədəniyyətlərini qoruyub saxlayıblar. Bərbərlər hökumətlə müstəqillik uğrunda savaş aparırlar.
Əlcəzair isə öz növbəsində Qərbi Saxaranın Mərakeşdən ayrılması uğrunda mübarizə aparan POLİSARİO cəbhəsini dəstəkləyir.