SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əlcəzairdən dəstək: Ermənistanın məhkəməyə verilməsi beynəlxalq hüquqa uyğundur

© Sputnik / Alina Starostina / Mediabanka keçidЕреван, архивное фото
Ереван, архивное фото - Sputnik Azərbaycan, 1920, 25.09.2021
Abunə olmaq
Yusif Xori məhkəmədən əvvəl bütün dünyada ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində törədikləri cinayətləri ifşa edən faktları əks etdirən sərgilərin və konfransların təşkil olunmasını təklif edib.
BAKI, 25 sentyabr - Sputnik. Əlcəzair Universitetinin Beynəlxalq hüquq fakültəsinin professoru Yusif Xori “Əl-Vasit Əl-Mağaribi” qəzetində “Azərbaycan irqi ayrı-seçkilik və etnik təmizləmə ittihamı ilə Ermənistanı beynəlxalq məhkəməyə verəcək” sərlövhəli məqalə ilə çıxış edib. AZƏRTAC xəbər verir ki, əlcəzairli professor Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə rəsmi Bakının Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət etməsi beynəlxalq hüquq normalarına uyğun olduğunu vurğulayıb.
O əlavə edib ki, universal cinayət hüquq proseduralarına uyğun olaraq, Azərbaycanın Ermənistandakı ayrı-ayrı şəxslər barədə də insanlığa qarşı törədilmiş cinayət ittihamı ilə məhkəməyə müraciət etmək hüququ var.
Uzun illər hüquqşünaslıq sahəsində çalışan Y.Xori məhkəmədən əvvəl bütün dünyada ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində törədikləri cinayətləri ifşa edən faktları əks etdirən sərgilərin və konfransların təşkil olunmasını təklif edib. O vurğulayıb ki, cinayətkarların cəzalandırılması və ədalətin zəfər çalması qətlə yetirilmiş minlərlə mülki şəxsin ruhunun rahatlıq tapması, evləri dağıdılmış, əlil olmuş, yaxınlarını itirmiş insanların hüquqlarının bərpası baxımından vacibdir.
Həmçinin oxuyun:
Ermənistanın məhkəməyə verilməsi hansı hüquqi nəticələr yarada bilər? – Hüquqşünas şərhi
Xəbər lenti
0