Bərdədə ermənilərin dağıtdığı evlər bərpa edilir
© Sputnik / Emin AlisahibBərdədə dağılan evlər bərpa edilib
© Sputnik / Emin Alisahib
Abunə olmaq
Qırx dörd günlük Vətən müharibəsinin gedişində Ermənistanın müharibə cinayətləri nəticəsində ümumilikdə 11 şəhər və rayonumuzun ərazisində 13000-dən çox tikiliyə ziyan dəyib.
BAKI, 25 oktyabr — Sputnik. İkinci Qarabağ savaşı zamanı Bərdə şəhərində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 5 yaşayış evi və 2 qeyri-yaşayış obyekti dağılıb, 240-dan çox yaşayış evi və tikiliyə zərər dəyib. Sputnik Azərbaycan-ın məlumatına görə, hazırda rayonda 28 tikilinin təmir-bərpası gedir və 1 sahibkarlıq obyektinin tikintisi bitmək üzrədir. Qısa zamanda Bərdə şəhərində işlərin tam yekunlaşdırılması nəzərdə tutulur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında qısa zaman ərzində görülmüş işlər nəticəsində 215 tikili təmir-bərpa olunub, 5 yaşayış evi və 1 sahibkarlıq obyekti tamamilə yenidən tikilərək sakinlərə təqdim edilib. Yerli sakinlər görülən işlərdən razılıqlarını ifadə ediblər. Həmin tikililərdən birinin sahiblərindən olan Pərviz Mətləbov bildirib ki, artıq ona dəyən ziyan aradan qaldırılır.
© Sputnik / Emin AlisahibSahibkar Pərviz Mətləbov
Sahibkar Pərviz Mətləbov
© Sputnik / Emin Alisahib
"2020-ci il, oktyabrın 8-i idi. Saat 12-yə 15 dəqiqə işləmiş olardı. Hamı öz işində idi. Qəflətən partlayış səsi eşidildi. Mən çıxdım bayıra. Gördüm ki, raket gəlir üstümüzə. İşçilərə qışqırdım ki, qaçsınlar. Hərə bir yana qaçdı, yaralandıq. Amma şükür ki, ölüm-itim olmadı. Müharibə qurtardı. Sağ olsun Ali Baş Komandan cənab İlham Əliyev, Dövlət Arxitektura Komitəsinə göstəriş verib. Yüksək keyfiyyətdə iş görürlər bizim üçün. İşlər artıq yekunlaşır. On-on beş gündən sonra tam təhvil veriləcək”, - Mətləbov qeyd edib.
Rayon sakini, zərərçəkən Xalid Vəliyev deyib ki, dağılan evinin həyətində onun üçün daha müasir ev inşa olunub: “2020-ci il oktyabrın 8-i saat 11 radələrində evimi raketlə vurdular. Evim yararsız vəziyyətə düşdü. Sonra şəhərsalma idarəsindən gəlib, çəkiliş apardılar. Evə baxış keçirdilər. Gördülər, ev tamamilə yararsız vəziyyətdədir. Sağ olsun prezidentimiz. Həmişə xalqının yanındadır. Bizə 5 otaqlı, müasir ev tikdilər. Həm geniş, həm yaraşıqlı. Hazırda biz bu evdə yaşayırıq”.
© Sputnik / Emin AlisahibEv sahibi Xalid Vəliyev
Ev sahibi Xalid Vəliyev
© Sputnik / Emin Alisahib
Ermənistanın müharibə cinayəti
44 günlük Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən dinc şəhər və rayonları müxtəlif növ silahlarla, artilleriya və ballistik raketlərlə atəşə tutaraq mülki əhalini, eləcə də infrastruktur obyektlərini hədəf seçərək insanlıq əleyhinə cinayətlər törədib, günahsız şəxslər vəhşicəsinə qətlə yetirib, fərdi yaşayış evlərinə, sosial və iaşə tikililərinə irimiqyaslı zərər vurub.
Prezidenti İlham Əliyevin 6 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən, dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Dövlət Komissiyası yaradılaraq 11 şəhər və rayon ərazisində yerləşən zərər dəymiş tikililərə baxış keçirilib, qiymətləndirmə aparılaraq təmir-tikintinin ilkin planlaşdırılması işlərinə başlanılıb.
© Sputnik / Emin AlisahibBərdədə dağılan evlər bərpa edilib
Bərdədə dağılan evlər bərpa edilib
© Sputnik / Emin Alisahib
Nazirlər Kabinetinin 14.01.2021-ci il tarixli Sərəncamı ilə 11 şəhər və rayon ərazisində yerləşən yaşayış evləri, sahibkarlıq obyektləri və digər təyinatlı tikililərin inşası, təmir və bərpası üzrə sifarişçi funksiyaları, habelə tikinti prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Bu istiqamətdə fəaliyyətə başlamaq üçün Komitə tərəfindən ilkin mərhələdə zəruri hazırlıq işləri aparılıb, iş həcmləri dəqiqləşdirilərək ərazilər üzrə qruplaşdırılıb və yanvar ayının 27-dən etibarən ziyan dəymiş 11 şəhər və rayon ərazisində təmir-tikinti işlərinə parallel olaraq start verilib.
Ümumilikdə 11 şəhər və rayon ərazisində 13000-dən çox tikiliyə ziyan dəyib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, dövlət başçısının tapşırığı ilə komitənin nəzarəti altında hazırki mərhələdə 11300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digərlərində işlər planlaşdırılmış qrafik üzrə sürətlə aparılır və onların da yaxın zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb edilib.
Eləcə də oxuyun:
* Sərhədçilərimiz İranla sərhəddən də mina "yığırlar"
* Azərbaycan Qarabağdakı saxta yer adlarının dəyişdirilməsi üçün Google Maps-ə müraciət etdi
* Qarabağ necə qazlaşdırılacaq? Rəsmi açıqlandı
* Yaxın müddətdə Talış və Suqovuşana 500-ə yaxın azərbaycanlı ailəsi köçürüləcək