QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sərhədçilərimiz İranla sərhəddən də mina "yığırlar"

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidMina sahəsi
Mina sahəsi - Sputnik Azərbaycan, 1920, 22.10.2021
Abunə olmaq
Azad olunmuş ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.
BAKI, 22 oktyabr — Sputnik. Dövlət Sərhəd Xidməti (DSX) işğaldan azad olunan sərhədboyu ərazilərdə aşkarlanan mina və sursatların sayını açıqlayıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, bu tədbirlər çərçivəsində sərhədboyu ərazilərdə şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi üzrə mühəndis-istehkam bölmələri tərəfindən mina və partlamamış döyüş sursatların axtarışı, aşkarlanması və zərərsizləşdirilməsi fəaliyyətləri xüsusi əhəmiyyət kəsb edir. Vətən müharibəsində dövlətimizin ərazi bütövlüyünün təmin olunmasından, o cümlədən Ermənistanla dövlət sərhədinin işğaldan azad edilməsindən sonra bu ərazilərdə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri sərhəd müdafiə və mühafizə infrastruk­turunun yaradılması işləri davam etdirilir.
Sərhədçi istehkamçıların ötən dövr ərzində Azərbaycan-Ermənistan sərhədi boyunca ümumilikdə 211 hektar ərazidə, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş sahəsinin 77 hektar məsafəsində həyata keçirdiyi axtarış fəaliyyətləri nəticəsində ümumilikdə, 1370 ədəd piyada əleyhinə, 1438 ədəd tank əleyhinə mina, 218 ədəd partlamamış hərbi sursat, 50 ədəd silah və ləvazimat, 9560 ədəd müxtəlif çaplı sursat, partladıcı, alışdırıcı vasitə aşkarlanıb.
Hazırda azad olunmuş ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.
Eləcə də oxuyun:
* Azərbaycan Xorvatiyadan minatəmizləmə avadanlıqları alıb
* ANAMA: Ötən həftə 141,9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
* Azad olunmuş ərazilərdəki minalar təbiətin bərpasına mane olur - Nazir müavini
* Fransız hərbçiləri Bakıya gətirən səbəb
* Azad olunan ərazilərdə daha 30 mina aşkarlanıb
Xəbər lenti
0