Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda qazıntı işləri aparılan ərazidən qumbara aşkarlanıb

© Photo : ANAMABakı şəhəri, Nizami rayonu ərazisində partlamamış hərbi sursat
Bakı şəhəri, Nizami rayonu ərazisində partlamamış hərbi sursat - Sputnik Azərbaycan, 1920, 25.10.2021
Abunə olmaq
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.
BAKI, 25 oktyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bak şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 56/2 ünvanında qazıntı işləri zamanı partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.
İlk növbədə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.
Sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.
Qumbara pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Həmçinin oxuyun:

Füzulidə düşmənin atıb qaçdığı onlarla avtomat və mərmi təhvil verilib
Şuşada silah-sursat aşkar edildi
Sumqayıtda döyüş tətbiqinə yararlı sursat aşkar edildi
Xəbər lenti
0