CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şuşada silah-sursat aşkar edildi

© AR Ministry of Internal AffairsSilah-sursat, arxiv şəkli
Silah-sursat, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.10.2021
Abunə olmaq
Üç qurumun birgə keçirdikləri növbəti tədbirlər zamanı Şuşa şəhəri və Daşaltı kəndi ərazisindən silah- sursat aşkar edilib.
BAKI, 8 oktyabr — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə silah-sursatların aşkar edilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı Şuşa şəhəri və Daşaltı kəndi ərazisindən 1 avtomat, 3 mina, 30 müxtəlif növ qumbara, 7 "Foqot" qurğusu, 12 qumbaraatan mərmisi, 6 minaatan mərmisi, 11 UZRQM partladıcısı, 7380 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Xəbər lenti
0