https://sputnik.az/20211023/sumqayitda-doyus-tetbiqine-yararli-sursat-askar-edildi-434514038.html
Sumqayıtda döyüş tətbiqinə yararlı sursat aşkar edildi
Sumqayıtda döyüş tətbiqinə yararlı sursat aşkar edildi
Sputnik Azərbaycan
Hadisə yerinə baxış zamanı aşkar edilmiş partlayış təhlükəli əşyanın partladıcısı olmayan döyüş tətbiqinə yararlı TM-57 tank əleyhinə mina olduğu müəyyən... 23.10.2021, Sputnik Azərbaycan
2021-10-23T14:20+0400
2021-10-23T14:20+0400
2021-10-23T14:58+0400
cəmiyyət
sumqayıt
qumbara
aşkar
https://cdnn1.img.sputnik.az/img/41323/14/413231463_0:0:1280:720_1920x0_80_0_0_be67addebe38c36c3e297d1aef465350.jpg
BAKI, 23 oktyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhəri ərazisində Xəzər dənizinin sahilə yaxın sularında partlayış təhlükəsi olan əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.Sputnik Azərbaycan FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniklər qrupu cəlb edilib.İlk növbədə, ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.Sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş partlayış təhlükəli əşyanın partladıcısı olmayan döyüş tətbiqinə yararlı TM-57 tank əleyhinə mina olduğu müəyyən edilib. Pirotexniklər istehkamçı qarmağından istifadə etməklə minanın altında "sürpriz" qurğunun olmadığına əmin olduqdan sonra mina yerindən götürülüb və zərərsizləşdirilməsi üçün XRXX-nin xüsusi təyinatlı avtonəqliyyat vasitəsilə ərazidən kənarlaşdırılıb.Hadisə yerində və yaxın ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.Bundan əlavə, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində "Azərişıq" ASC tərəfindən aparılan qazıntı işləri zamanı döyüş sursatının aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri tərəfindən əraziyə keçirilmiş baxış zamanı aşkar edilmiş sursatın partladıcıları olmayan, lakin döyüş tətbiqinə yararlı 3 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.Qumbaralar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41323/14/413231463_264:0:1224:720_1920x0_80_0_0_e48295b93729fd9aac1ba257f9b561b3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sumqayıt, qumbara, aşkar
Sumqayıtda döyüş tətbiqinə yararlı sursat aşkar edildi
14:20 23.10.2021 (Yenilənib: 14:58 23.10.2021) Hadisə yerinə baxış zamanı aşkar edilmiş partlayış təhlükəli əşyanın partladıcısı olmayan döyüş tətbiqinə yararlı TM-57 tank əleyhinə mina olduğu müəyyən edilib
BAKI, 23 oktyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhəri ərazisində Xəzər dənizinin sahilə yaxın sularında partlayış təhlükəsi olan əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.
Sputnik Azərbaycan FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in
Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniklər qrupu cəlb edilib.
İlk növbədə, ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.
Sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş partlayış təhlükəli əşyanın partladıcısı olmayan döyüş tətbiqinə yararlı TM-57 tank əleyhinə mina olduğu müəyyən edilib. Pirotexniklər istehkamçı qarmağından istifadə etməklə minanın altında "sürpriz" qurğunun olmadığına əmin olduqdan sonra mina yerindən götürülüb və zərərsizləşdirilməsi üçün XRXX-nin xüsusi təyinatlı avtonəqliyyat vasitəsilə ərazidən kənarlaşdırılıb.
Hadisə yerində və yaxın ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Bundan əlavə, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində "Azərişıq" ASC tərəfindən aparılan qazıntı işləri zamanı döyüş sursatının aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri tərəfindən əraziyə keçirilmiş baxış zamanı aşkar edilmiş sursatın partladıcıları olmayan, lakin döyüş tətbiqinə yararlı 3 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.
Qumbaralar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.