CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Füzulidə düşmənin atıb qaçdığı onlarla avtomat və mərmi təhvil verilib

© Photo : ANAMAНеразорвавшийся снаряд
Неразорвавшийся снаряд - Sputnik Azərbaycan, 1920, 17.10.2021
Abunə olmaq
BAKI, 17 oktyabr - Sputnik. Ötən müddət ərzində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində zəruri olan bütün tədbirləri yerinə yetirib, təhlükəsizliyin təmin edilməsi istiqamətində lazımi işlər görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətidnən verilən məlumata əsasən, işğaldan azad edilən zaman düşmənin atıb qaçdığı silah-sursatların aşkar edilməsi istiqamətində görülən tədbirlər nəticəsində polis əməkdaşları tərəfindən 38 müxtəlif təyinatlı raket sistemləri, 39 avtomat, 9 pulemyot, 14 qumbaraatan, 118 qumbara, minaatan qurğusu, xeyli sayda müxtəlif çaplı mərmi və minlərlə güllələr aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa keçirilmiş kompleks tədbirlər nəticəsində işğaldan azad edilmiş Qacar kəndi ərazisində yabanı halda bitmiş çəkisi 217 kiloqram olan 1 263 çətənə bitkiləri yığılaraq məhv edilib.
Həmçinin oxuyun:
Füzuli şəhərinin işğaldan azad olunduğu gün – 17 oktyabr!
İlham Əliyev: Füzuliyə gələn hər bir insan erməni vəhşiliyini görür
İlham Əliyev: "Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik"
Prezident: "Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır"
Dövlət başçısı Füzulinin azad olunmasının əhəmiyyəti barədə
Xəbər lenti
0