https://sputnik.az/20211022/emissiyalarin-azaldilmasi-ucun-her-il-yuz-milyard-dollar-maliyye-desteyi-lazimdir-434496479.html
Emissiyaların azaldılması üçün hər il yüz milyard dollar maliyyə dəstəyi lazımdır
Emissiyaların azaldılması üçün hər il yüz milyard dollar maliyyə dəstəyi lazımdır
Sputnik Azərbaycan
Kənd təsərrüfatı üçün istifadə olunan torpaqlar da metan və digər qaz emissiyalarının, istixana qazlarının yaranmasının əsas səbəblərindən biridir. Bu səbəbdən... 22.10.2021, Sputnik Azərbaycan
2021-10-22T22:42+0400
2021-10-22T22:42+0400
2021-10-22T22:42+0400
zavod
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434007689_0:302:3073:2030_1920x0_80_0_0_7d1ad6fb607d4e4df50b4675f5b774a4.jpg
BAKI, 22 oktyabr — Sputnik. İqlim dəyişikliyi probleminin həlli ilə bağlı qoyulan öhdəliklərə tab gətirməyən ölkələr var.Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Dünya BMT Günü ilə bağlı keçirilən tədbirdə deyib. O, Böyük Britaniyanın ev sahibliyi edəcəyi BMT-nin Beynəlxalq İqlim Konfransı olan COP 26-da əsas hədəflərin ümumiyyətlə, bütün emissiyalar, o cümlədən də istixana qazı, karbon emissiyalarının azalmasına yönələcəyini vurğulayıb.Səfir bildirib ki, bu emissiyaları 0 səviyyəsinə endirmək üçün də səylər göstəriləcək: "Hazırda dünyada karbon emissiyaları, istixana enerjisini ən çox istehsal edən ölkələrdən biri də Çin, Hindistandır. Bu ölkələrlə xüsusi ilə birgə çalışmaq, iş aparmaq lazımdır. Əsas məsələ odur ki, istehsal olunan enerji təmiz olsun, ətraf mühitə zərər törətməsin".O bildirib ki, inkişaf etmiş ölkələrə dəstək olaraq emissiyaların azaldılması üçün hər il 100 milyard dollar maliyyə dəstəyi lazımdır.Səfir bundan başqa kömürün ətraf mühitə zərərindən də söz açıb, vurğulayıb ki, yaranan karbon emissiyalarının 45 faizi məhz kömürdən qaynaqlanır. Səfir vurğulayır ki, karbon qazının azaldılması üçün ağacların kəsilməsini azaltmaq lazımdır: "Belə olan halda həm də səhralaşmanın qarşısını almış olacağıq. Kənd təsərrüfatı üçün istifadə olunan torpaqlar da metan və digər qaz emissiyalarının, istixana qazlarının yaranmasının əsas səbəblərindən biridir. Bu səbəbdən də kənd təsərrüfatına olan yanaşmamız da dəyişilməlidir".Azərbaycanla bağlı danışan səfir işğaldan azad olunan torpaqlarda yaşıl enerji ilə bağlı "Yaşıl Enerji Zonası" ilə görüləcək tədbirləri təqdir edib: "Emissiyaların azaldılmasında həll yollarından biri də dizelli nəqliyyat vasitələrinin qadağan olunması ola bilər".İtaliyanın Azərbaycandakı səfiri Claudio Taffuri isə bildirib ki, Paris sazişinin balanslaşdırılmış şəkildə icrası çox vacibdir. O qeyd edib ki, G20-yə üzv dövlətlər bugünkü karbon emissiyalarının 80 faizinə görə cavabdehdirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434007689_0:0:2731:2048_1920x0_80_0_0_1c53aefb07b88f0393228f606be303bf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zavod
Emissiyaların azaldılması üçün hər il yüz milyard dollar maliyyə dəstəyi lazımdır
Kənd təsərrüfatı üçün istifadə olunan torpaqlar da metan və digər qaz emissiyalarının, istixana qazlarının yaranmasının əsas səbəblərindən biridir. Bu səbəbdən də kənd təsərrüfatına olan yanaşmamız da dəyişilməlidir
BAKI, 22 oktyabr — Sputnik. İqlim dəyişikliyi probleminin həlli ilə bağlı qoyulan öhdəliklərə tab gətirməyən ölkələr var.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri
Ceyms Şarp Dünya BMT Günü ilə bağlı keçirilən tədbirdə deyib. O, Böyük Britaniyanın ev sahibliyi edəcəyi BMT-nin Beynəlxalq İqlim Konfransı olan COP 26-da əsas hədəflərin ümumiyyətlə, bütün emissiyalar, o cümlədən də istixana qazı, karbon emissiyalarının azalmasına yönələcəyini vurğulayıb.
Səfir bildirib ki, bu emissiyaları 0 səviyyəsinə endirmək üçün də səylər göstəriləcək: "Hazırda dünyada karbon emissiyaları, istixana enerjisini ən çox istehsal edən ölkələrdən biri də Çin, Hindistandır. Bu ölkələrlə xüsusi ilə birgə çalışmaq, iş aparmaq lazımdır. Əsas məsələ odur ki, istehsal olunan enerji təmiz olsun, ətraf mühitə zərər törətməsin".
O bildirib ki, inkişaf etmiş ölkələrə dəstək olaraq emissiyaların azaldılması üçün hər il 100 milyard dollar maliyyə dəstəyi lazımdır.
Səfir bundan başqa kömürün ətraf mühitə zərərindən də söz açıb, vurğulayıb ki, yaranan karbon emissiyalarının 45 faizi məhz kömürdən qaynaqlanır.
"Ən azı 2030-cu ilədək kömürdən artıq istifadə etməməliyik. Biz kömürdən istifadə edən elektrik enerji stansiyasını bağlasaq da, digər ölkələrdə hələ də belə stansiyalar inşa edilir, bu da böyük problemdir.
Ceyms Şarp
Böyük Britaniyanın Azərbaycandakı səfiri
Səfir vurğulayır ki, karbon qazının azaldılması üçün ağacların kəsilməsini azaltmaq lazımdır: "Belə olan halda həm də səhralaşmanın qarşısını almış olacağıq. Kənd təsərrüfatı üçün istifadə olunan torpaqlar da metan və digər qaz emissiyalarının, istixana qazlarının yaranmasının əsas səbəblərindən biridir. Bu səbəbdən də kənd təsərrüfatına olan yanaşmamız da dəyişilməlidir".
Azərbaycanla bağlı danışan səfir işğaldan azad olunan torpaqlarda yaşıl enerji ilə bağlı "Yaşıl Enerji Zonası" ilə görüləcək tədbirləri təqdir edib: "Emissiyaların azaldılmasında həll yollarından biri də dizelli nəqliyyat vasitələrinin qadağan olunması ola bilər".
İtaliyanın Azərbaycandakı səfiri Claudio Taffuri isə bildirib ki, Paris sazişinin balanslaşdırılmış şəkildə icrası çox vacibdir. O qeyd edib ki, G20-yə üzv dövlətlər bugünkü karbon emissiyalarının 80 faizinə görə cavabdehdirlər.