https://sputnik.az/20210807/Dunyanin-havasi-keskin-deyisecek---iqlimsunas-427642696.html
Dünyanın havası kəskin dəyişəcək - iqlimşünas
Dünyanın havası kəskin dəyişəcək - iqlimşünas
Sputnik Azərbaycan
Potsdam İnstitutunun alimi 1870-1900-cü illər zaman kəsiyində dəniz səthinin temperatur dəyişkənliyini və Atlantik okeanının duzluluq səviyyəsini araşdıraraq... 07.08.2021, Sputnik Azərbaycan
2021-08-07T09:02+0400
2021-08-07T09:02+0400
2021-11-16T20:28+0400
xəbərlər
iqlim
hava
fəlakət
qlobal iqlim dəyişikliyi
dünya
https://cdnn1.img.sputnik.az/img/07e4/09/15/424984316_0:0:3068:1727_1920x0_80_0_0_f39686a648502d752d4c6343d9ec95a2.jpg
BAKI, 7 avqust - Sputnik. Tropiklərdən Şimali Atlantikaya isti su kütlələrini çatdıran okean cərəyanları sisteminin zəifləməsi dünyada havanın kəskin, fəlakətli həddə dəyişməsinə gətirib çıxaracaq.Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, bu barədə iqlimşünas, Postdam İqlim Dəyişiklikləri İnstitutunun əməkdaşı Niklas Boers deyib.Alim 1870-1900-cü illər zaman kəsiyində dəniz səthinin temperatur dəyişkənliyini və Atlantik okeanının duzluluq səviyyəsini araşdıraraq anomaliyanı aşkara çıxarıb. Onun əldə etdiyi nəticələrə görə, Atlantik cərəyanın zəifləməsinə buzların əriməsi səbəbindən şirin suyun Şimali Atlantika okeanının sularına qarışması səbəb olub. Bu, dəniz suyunun duzluluğunu xeyli azaldır. "Qlobal temperaturun artması istilik genişlənməsinə səbəb olacaq ki, bu da öz növbəsində Atlantik meridian cərəyanının hazırkı vəziyyətinin sabitliyini pozacaq. Sirkulyasiyanın kollapsı qlobal iqlim sisteminin digər komponentlərinin, o cümlədən tropik mussonların, planetin "buz papağı"nın və Amazon meşələrinin dayanıqlılığının itirilməsinə səbəb ola bilər", - Boers bildirib.Eləcə də oxuyun:İsti-soyuq mif: amerikalılar iqlim məsələsi ilə oynayaraq dünyanı necə biçimləndirirlərSon 30 ildə Azərbaycanın su ehtiyatları xeyli azalıbMaldiv adaları yoxa çıxa bilərQreta Tunberq artıq lazım deyil, ondan qurtuldular
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/15/424984316_197:0:2928:2048_1920x0_80_0_0_3082800e66ddaaefad44ccc053b71785.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, iqlim, hava, fəlakət, qlobal iqlim dəyişikliyi, dünya
xəbərlər, iqlim, hava, fəlakət, qlobal iqlim dəyişikliyi, dünya
Dünyanın havası kəskin dəyişəcək - iqlimşünas
09:02 07.08.2021 (Yenilənib: 20:28 16.11.2021) Potsdam İnstitutunun alimi 1870-1900-cü illər zaman kəsiyində dəniz səthinin temperatur dəyişkənliyini və Atlantik okeanının duzluluq səviyyəsini araşdıraraq anomaliyanı aşkara çıxarıb.
BAKI, 7 avqust - Sputnik. Tropiklərdən Şimali Atlantikaya isti su kütlələrini çatdıran okean cərəyanları sisteminin zəifləməsi dünyada havanın kəskin, fəlakətli həddə dəyişməsinə gətirib çıxaracaq.
Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, bu barədə iqlimşünas, Postdam İqlim Dəyişiklikləri İnstitutunun əməkdaşı
Niklas Boers deyib.
Alim 1870-1900-cü illər zaman kəsiyində dəniz səthinin temperatur dəyişkənliyini və Atlantik okeanının duzluluq səviyyəsini araşdıraraq anomaliyanı aşkara çıxarıb. Onun əldə etdiyi nəticələrə görə, Atlantik cərəyanın zəifləməsinə buzların əriməsi səbəbindən şirin suyun Şimali Atlantika okeanının sularına qarışması səbəb olub. Bu, dəniz suyunun duzluluğunu xeyli azaldır.
"Qlobal temperaturun artması istilik genişlənməsinə səbəb olacaq ki, bu da öz növbəsində Atlantik meridian cərəyanının hazırkı vəziyyətinin sabitliyini pozacaq. Sirkulyasiyanın kollapsı qlobal iqlim sisteminin digər komponentlərinin, o cümlədən tropik mussonların, planetin "buz papağı"nın və Amazon meşələrinin dayanıqlılığının itirilməsinə səbəb ola bilər", - Boers bildirib.
İsti-soyuq mif: amerikalılar iqlim məsələsi ilə oynayaraq dünyanı necə biçimləndirirlər
Maldiv adaları yoxa çıxa bilər
Qreta Tunberq artıq lazım deyil, ondan qurtuldular