https://sputnik.az/20211021/pandemiya-gelen-il-bitecek-amma-434426107.html
Pandemiya gələn il bitəcək, amma...
Pandemiya gələn il bitəcək, amma...
Sputnik Azərbaycan
ÜST-ün regional direktoru hesab edir ki, gələn il planet COVID-19-dan deyil, pandemiyadan azad olacaq. Başqa sözlə, qrip kimi COVID-19 ilə yaşamağı... 21.10.2021, Sputnik Azərbaycan
2021-10-21T10:29+0400
2021-10-21T10:29+0400
2021-10-21T10:30+0400
vaksin
dünya xəbərləri
uşaqlar
üst
vaksinasiya
pandemiya
koronavirus
https://cdnn1.img.sputnik.az/img/07e5/09/15/427975409_0:99:3079:1831_1920x0_80_0_0_cdcc8fd0e06630dfbaa62bf1f87d3451.jpg
BAKI, 21 oktyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru doktor Hans Klüge Portuqaliyaya səfəri zamanı etiraf edib ki, 12 yaşa qədər uşaqların COVID-19 əleyhinə peyvənd edilməsi ilə bağlı qərarın verilməsi bir müddət çəkə bilər.Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, doktor Hans Klüge hazırda bəzi klinik sınaqların aparıldığını, lakin sübutların hələ də kifayət qədər inandırıcı olmadığını qeyd edib. Doktor bu mərhələdə bütün Avropa regionunda yetkin əhalinin vaksinasiya ilə əhatə dairəsinin artırılmasının prioritet olduğunu bildirib: "İkincisi, yaşlılara və immuniteti zəif olan insanlara buster dozasını tətbiq etmək lazımdır. Üçüncüsü, məktəblərin açıq qalması çox vacib olduğu üçün 12 yaşdan yuxarı yeniyetmələrin peyvənd olunması lazımdır".ÜST-nin regional direktoru hesab edir ki, gələn il planet COVID-19-dan deyil, pandemiyadan azad olacaq. Başqa sözlə, qrip kimi COVID-19 ilə yaşamağı öyrənməliyik. Hazırda pandemiyadan qurtarmaq üçün 60 milyard dozaya ehtiyac var.Hans Klügenin sözlərinə görə, mümkün ssenarilərdən biri COVID-19 əleyhinə vaksinin vaksinasiya planlarının bir hissəsi olması və immuniteti təmin etmək üçün ildə bir dəfə tətbiq ediləcəyindən ibarətdir. "Biz hələ bilmirik, sübutları araşdırmalıyıq, lakin bu, ən çox ehtimal olunan ssenarilərdən biridir", - deyə ÜST-nin regional direktoru vurğulayıb.Uşaqların koronavirus əleyhinə peyvənd olunmasına münasibətiniz?Eləcə də oxuyun: * Səhiyyə Nazirliyi valideynlərə müraciət edib* Azərbaycanda koronavirus: yoluxma sayı son sutkada 2300-ü keçdi* Dünyada 241 milyondan çox insan koronavirusa yoluxub* "Vaksinlərin bölüşdürülməsi ilə bağlı bərabərsizlik yeni ştamların yayılmasına səbəb olur"
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/15/427975409_348:0:3079:2048_1920x0_80_0_0_06fd3064f2e75fbe9b346df0f382f2d6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vaksin, uşaqlar, üst, vaksinasiya, pandemiya, koronavirus, опросы
vaksin, uşaqlar, üst, vaksinasiya, pandemiya, koronavirus, опросы
Pandemiya gələn il bitəcək, amma...
10:29 21.10.2021 (Yenilənib: 10:30 21.10.2021) ÜST-ün regional direktoru hesab edir ki, gələn il planet COVID-19-dan deyil, pandemiyadan azad olacaq. Başqa sözlə, qrip kimi COVID-19 ilə yaşamağı öyrənməliyik.
BAKI, 21 oktyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru doktor Hans Klüge Portuqaliyaya səfəri zamanı etiraf edib ki, 12 yaşa qədər uşaqların COVID-19 əleyhinə peyvənd edilməsi ilə bağlı qərarın verilməsi bir müddət çəkə bilər.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, doktor Hans Klüge hazırda bəzi klinik sınaqların aparıldığını, lakin sübutların hələ də kifayət qədər inandırıcı olmadığını qeyd edib. Doktor bu mərhələdə bütün Avropa regionunda yetkin əhalinin vaksinasiya ilə əhatə dairəsinin artırılmasının prioritet olduğunu bildirib: "İkincisi, yaşlılara və immuniteti zəif olan insanlara buster dozasını tətbiq etmək lazımdır. Üçüncüsü, məktəblərin açıq qalması çox vacib olduğu üçün 12 yaşdan yuxarı yeniyetmələrin peyvənd olunması lazımdır".
ÜST-nin regional direktoru hesab edir ki, gələn il planet COVID-19-dan deyil, pandemiyadan azad olacaq. Başqa sözlə, qrip kimi COVID-19 ilə yaşamağı öyrənməliyik. Hazırda pandemiyadan qurtarmaq üçün 60 milyard dozaya ehtiyac var.
Hans Klügenin sözlərinə görə, mümkün ssenarilərdən biri COVID-19 əleyhinə vaksinin vaksinasiya planlarının bir hissəsi olması və immuniteti təmin etmək üçün ildə bir dəfə tətbiq ediləcəyindən ibarətdir. "Biz hələ bilmirik, sübutları araşdırmalıyıq, lakin bu, ən çox ehtimal olunan ssenarilərdən biridir", - deyə ÜST-nin regional direktoru vurğulayıb.
Uşaqların koronavirus əleyhinə peyvənd olunmasına münasibətiniz?
*
Azərbaycanda koronavirus: yoluxma sayı son sutkada 2300-ü keçdi