Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan Gömrük Komitəsi iranlı sürücülərin sərbəst buraxılmasını təkzib etdi

© AFP 2024Yük maşınları, arxiv şəkli
Yük maşınları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.10.2021
Abunə olmaq
BAKI, 13 oktyabr - Sputnik. Azərbaycan Gömrük Komitəsi Xankəndiyə qanunsuz yollarla yük apararkən Gorus-Qafan yolunda saxlanılan iranlı sürücülərin bu gün sərbəst buraxıldıqları barədə məlumatı təkzib edib.
----------
19:44
Azərbaycan bir neçə həftə əvvəl öz ərazisində, Qarabağda saxladığı iki iranlı sürücünü sərbəst buraxıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Mehr agentliyi yayıb.
Agentlik vurğulayır ki, dünən iki ölkənin xarici işlər nazirinin telefon danışığından sonra bu gün Bakı sürücüləri sərbəst buraxıb.
Иранский грузовик на трассе в Мегри, где пересекаются границы Азербайджана, Армении, Турции и Ирана, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.09.2021
Gorus-Qafan yolu ilə Azərbaycan ərazisinə qanunsuz keçən iranlı sürücülər saxlanılıblar
Çərşənbə axşamı, oktyabrın 12-də baş tutan telefon danışığı zamanı İran XİN rəhbəri Ceyhun Bayramova söyləyib ki, düşmənlərə Tehran və Bakı arasındakı dost münasibətləri korlamağa imkan vermək olmaz.
Qeyd edək ki, bu il sentyabrın 15-də Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüləri Azərbaycan polisləri tərəfindən saxlanılıb.
Azərbaycan bayrağı Xudafərin körpüsünün yaxınlığında, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.10.2021
SİYASƏT
Bakı və Tehrana dəvət: Azərbaycan və İran XİN başçıları telefonla danışıblar
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, Ehsan Zahidov bildirib ki, Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Xəbər lenti
0