Azərbaycan MN: "Suqovuşandan Kəlbəcərə hərəkət edən mülki avtomobil karvanına atəş açılıb"
16:53 13.10.2021 (Yenilənib: 16:59 13.10.2021)
© AR Ministry of DefenceKəlbəcərdə zədələnmiş avtomobil
Abunə olmaq
Azad olunmuş ərazilərdə mülki infrastrukturun bərpa edilməsi üçün Rusiya sülhməramlılarının müşayiəti ilə hərəkət edən mülki təyinatlı avtomobil karvanı qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulub.
BAKI, 13 oktyabr — Sputnik. Oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Atəş nəticəsində kolonun önündə hərəkət edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polisinin Hərbi Avtomobil Müfəttişliyinin "NİVA" markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib.
© AR Ministry of DefenceKəlbəcərdə zədələnmiş avtomobil
Kəlbəcərdə zədələnmiş avtomobil
© AR Ministry of DefenceKəlbəcərdə zədələnmiş avtomobil
Kəlbəcərdə zədələnmiş avtomobil
© AR Ministry of DefenceKəlbəcərdə zədələnmiş avtomobil
Kəlbəcərdə zədələnmiş avtomobil
© AR Ministry of DefenceKəlbəcərdə zədələnmiş avtomobil
Kəlbəcərdə zədələnmiş avtomobil
© AR Ministry of DefenceKəlbəcərdə zədələnmiş avtomobil
Kəlbəcərdə zədələnmiş avtomobil
Kəlbəcərdə zədələnmiş avtomobil
Kəlbəcərdə zədələnmiş avtomobil
Kəlbəcərdə zədələnmiş avtomobil
Kəlbəcərdə zədələnmiş avtomobil
Kəlbəcərdə zədələnmiş avtomobil
Xoşbəxtlikdən, ölən və yaralanan yoxdur.
Azad olunmuş ərazilərdə mülki infrastrukturun bərpa edilməsi üçün Rusiya sülhməramlılarının müşayiəti ilə hərəkət edən mülki təyinatlı avtomobil karvanının qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulması yolverilməzdir.
Bu insidentin araşdırılması üçün Azərbaycan Respublikasının Qarabağ İqtisadi Rayonunun müəyyən hissəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə müraciət edilib", - nazirlikdən bildirilib.