https://sputnik.az/20211014/fuzuli-istiqametinde-qanunsuz-ermeni-silahli-destelerine-mexsus-pua-ele-kecirilib-434208312.html
Füzuli istiqamətində qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirilib
Füzuli istiqamətində qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirilib
Sputnik Azərbaycan
Qanunsuz erməni silahlı dəstələrinin təxribat məqsədli fəaliyyətinin qarşısı alınıb. 14.10.2021, Sputnik Azərbaycan
2021-10-14T16:13+0400
2021-10-14T16:13+0400
2021-10-14T16:25+0400
qarabağ
hərbi
ordu
kəşfiyyat
füzuli
pua
kvadrokopter
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434207997_0:0:719:404_1920x0_80_0_0_341ad083c03acce98d1dc720c0c28d52.jpg
BAKI, 14 oktyabr - Sputnik. Qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun mövqeləri üzərində kəşfiyyat məqsədi ilə uçuşlar etməyə cəhd göstərib.Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.Hadisə oktyabrən 14-də Füzuli rayonu istiqamətində baş verib.Kvadrokopter Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindən havaya qaldırılıb.Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində kvadrokopter vaxtında aşkar edilərək ələ keçirilib.Suqovuşandan Kəlbəcərə hərəkət edən mülki avtomobil karvanının atəşə tutulmasıOktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb.Atəş nəticəsində kolonun önündə hərəkət edən Azərbaycan Ordusunun Hərbi Polisinin Hərbi Avtomobil Müfəttişliyinin “NİVA” markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib.Hadisə nəticəsində ölən və yaralanan olmayıb.Azad olunmuş ərazilərdə mülki infrastrukturun bərpa edilməsi üçün Rusiya sülhməramlılarının müşayiəti ilə hərəkət edən mülki təyinatlı avtomobil karvanının qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulması yolverilməzdir.Bu insidentin araşdırılması üçün Azərbaycan Respublikasının Qarabağ İqtisadi Rayonunun müəyyən hissəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə müraciət edilib.Həmçinin oxuyun:Əl bizdən ətək sizdən: Paşinyan KTMT-dən PUA istədiErmənistan üç istiqamətdə mövqelərimizi atəşə tutub
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434207997_0:0:719:540_1920x0_80_0_0_1e040e4e862685070d32c269c5feb6a2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
hərbi, ordu, kəşfiyyat, füzuli, pua, kvadrokopter
hərbi, ordu, kəşfiyyat, füzuli, pua, kvadrokopter
Füzuli istiqamətində qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirilib
16:13 14.10.2021 (Yenilənib: 16:25 14.10.2021) Qanunsuz erməni silahlı dəstələrinin təxribat məqsədli fəaliyyətinin qarşısı alınıb.
BAKI, 14 oktyabr - Sputnik. Qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun mövqeləri üzərində kəşfiyyat məqsədi ilə uçuşlar etməyə cəhd göstərib.
Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.
Hadisə oktyabrən 14-də Füzuli rayonu istiqamətində baş verib.
Kvadrokopter Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindən havaya qaldırılıb.
Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində kvadrokopter vaxtında aşkar edilərək ələ keçirilib.
Suqovuşandan Kəlbəcərə hərəkət edən mülki avtomobil karvanının atəşə tutulması
Oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb.
Atəş nəticəsində kolonun önündə hərəkət edən Azərbaycan Ordusunun Hərbi Polisinin Hərbi Avtomobil Müfəttişliyinin “NİVA” markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Azad olunmuş ərazilərdə mülki infrastrukturun bərpa edilməsi üçün Rusiya sülhməramlılarının müşayiəti ilə hərəkət edən mülki təyinatlı avtomobil karvanının qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulması yolverilməzdir.
Bu insidentin araşdırılması üçün Azərbaycan Respublikasının Qarabağ İqtisadi Rayonunun müəyyən hissəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə müraciət edilib.