Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Universitetin üç tələbəsi yoluxdu, dərs rejimi dəyişdi

© AFP 2024 / FRED DUFOURTələbələr, arxiv şəkli
Tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.10.2021
Abunə olmaq
Ali təhsil müəssisələrində auditoriyaların tutumundan asılı olaraq dərslər növbəli təşkil olunur.
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycan Texniki Universitetinin (AZTU) 3 tələbəsi koronavirusa yoluxub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Trend-ə AZTU-nun mətbuat katibi Sevinc İsgəndərova məlumat verib.
Onun sözlərinə görə, həmin tələbələrin təhsil aldığı qruplar onlayn tədrisə keçib.
Qeyd edək ki, sentyabrın 29-da ali təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. Qaydalara uyğun olaraq, 18 yaşı tamam olan tələbələrdən və əməkdaşlardan vaksin pasportu, immunitet pasportu və ya əks göstəriş sənədi tələb edilir. Auditoriyaların tutumundan asılı olaraq isə dərslər növbəli təşkil olunur.
Xatırladaq ki, paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti də distant təhsil formasında davam etdiriləcək. 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.
Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
Eləcə də oxuyun:
* Deputat: "Təsəvvür edin, yağış, demək olar ki, birbaşa siniflərə yağır"
* Azərbaycanda uşaqlar arasında COVID-19-dan ölüm təhlükəsi var?
* Kişi müəllimləri məktəbə necə qaytaraq?
* Bakıda distant təhsilə keçən siniflərin sayı artır
* Bakıda qəzalı məktəb bağlandı, şagirdləri bölüşdürüldü
* Bakıda daha bir liseydə dərslər dayandırıldı
Xəbər lenti
0