Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda distant təhsilə keçən siniflərin sayı artır

© Sputnik / Said TsarnayevSinif otağında şagirdlər, arxiv şəkli
Sinif otağında şagirdlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.10.2021
Abunə olmaq
Təhsil Nazirliyindən bildirilib ki, hər hansı sinifdə yoluxma aşkarlandığı təqdirdə həmin sinif 14 günlük distant təhsilə keçir.
BAKI, 13 oktyabr - Sputnik. Bakıda daha iki sinif koronavirusa yoluxma səbəbindən distant təhsilə keçib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, "Ankara məktəbi" məktəb liseyinin 7e və 7f siniflərində bir neçə şagirddə virusa yoluxma aşkarlandığı üçün sinif distant təhsilə keçib.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, hər hansı sinifdə yoluxma aşkarlandığı təqdirdə həmin sinif 14 günlük distant təhsilə keçir. 14 günlük karantin müddəti bitdikdə isə sinif yenidən ənənəvi dərslərə davam edir.
Xəbər lenti
0