https://sputnik.az/20210929/tarif-surasnn-iclas-keirildi-hans-msly-baxlb-433641393.html
Tarif Şurasının iclası keçirildi - qiymətləri tənzimlədilər
Tarif Şurasının iclası keçirildi - qiymətləri tənzimlədilər
Sputnik Azərbaycan
İclasda həmçinin, yeni dövlət qeydiyyatına alınan 200-ə yaxın dərman vasitəsinin qiymətləri də təsdiq edilib. 29.09.2021, Sputnik Azərbaycan
2021-09-29T15:31+0400
2021-09-29T15:31+0400
2021-09-29T15:37+0400
cəmiyyət
dərmanların qiyməti
tarif şurası
dövlət baytarlıq xidməti
dərman preparatı
https://cdnn1.img.sputnik.az/img/41986/56/419865677_0:102:2000:1227_1920x0_80_0_0_80fd2897e1fd24d5224268ee94355b72.jpg
BAKI, 29 sentyabr — Sputnik. Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Prezidentinin 15 aprel 2020-ci il tarixli Fərmanının 3.1-ci bəndində "Baytarlıq haqqında" qanunun 39.5-ci maddəsinə uyğun olaraq, xidmət haqqının məbləğinin Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi təsbit olunub. Tapşırığın icrası ilə əlaqədar Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli qərarı ilə baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği təsdiq edilib.Bu baxımdan iclasda "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına maliyyələşdirilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə" Tarif (qiymət) Şurasının 26 iyul 2007-ci il tarixli Qərarı ləğv olunub.Tarif (qiymət) Şurasının iclasında həmçinin, yeni dövlət qeydiyyatına alınan 200-ə yaxın dərman vasitəsinin qiymətləri də təsdiq edilib.Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12864 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41986/56/419865677_114:0:1887:1330_1920x0_80_0_0_322d866aec9b681bd9935f4122662e88.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dərmanların qiyməti, tarif şurası, dövlət baytarlıq xidməti, dərman preparatı
dərmanların qiyməti, tarif şurası, dövlət baytarlıq xidməti, dərman preparatı
Tarif Şurasının iclası keçirildi - qiymətləri tənzimlədilər
15:31 29.09.2021 (Yenilənib: 15:37 29.09.2021) İclasda həmçinin, yeni dövlət qeydiyyatına alınan 200-ə yaxın dərman vasitəsinin qiymətləri də təsdiq edilib.
BAKI, 29 sentyabr — Sputnik. Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Prezidentinin 15 aprel 2020-ci il tarixli Fərmanının 3.1-ci bəndində "Baytarlıq haqqında" qanunun 39.5-ci maddəsinə uyğun olaraq, xidmət haqqının məbləğinin Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi təsbit olunub. Tapşırığın icrası ilə əlaqədar Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli qərarı ilə baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği təsdiq edilib.
Bu baxımdan iclasda "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına maliyyələşdirilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə" Tarif (qiymət) Şurasının 26 iyul 2007-ci il tarixli Qərarı ləğv olunub.
Tarif (qiymət) Şurasının iclasında həmçinin, yeni dövlət qeydiyyatına alınan 200-ə yaxın dərman vasitəsinin qiymətləri də təsdiq edilib.
Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12864 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (
http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.