SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan iki beynəlxalq məhkəmədə Ermənistana qarşı iddia qaldırıb

© AFP 2024 / JACK GUEZMəhkəmə
Məhkəmə - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Abunə olmaq
Leyla Abdullayeva qeyd edib ki, gələcəkdə digər beynəlxalq məhkəmələrdə də Ermənistana qarşı iddialar qaldırılacaq.
BAKI, 12 oktyabr — Sputnik. Bu gün biz öz ərazi bütövlüyünü təmin edən, pozulmuş insan hüquqlarını bərpa edən dövlətin vətəndaşlarıyıq. Münaqişənin bitməsi müharibənin bitməsi demək deyil.
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva BDU-da "İşğal altında olmuş Azərbaycan ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair" Kompleks Hesabat kitabının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.
XİN rəsmisi əlavə edib ki, postmünaqişə dövründə təbliğat işi daha da gücləndirilməlidir: "Azərbaycan artıq bölgədə yeni reallıq yaradıb. Bizim və bütün Azərbaycanın rəsmi qurumlarının üzərinə bu reallığı beynəlxalq ictimaiyyətə çatdırmaq kimi ciddi öhdəlik düşüb. Azərbaycan artıq iki beynəlxalq məhkəmədə Ermənistana qarşı iddia qaldırıb. Təbii ki, bu, son deyil. Gələcəkdə digər beynəlxalq məhkəmələrdə tərəfimizdən Ermənistana qarşı iddialar qaldırılacaq".
Xəbər lenti
0