Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Müdafiə Nazirliyi qarşı tərəfin daha bir yalanını ifşa etdi

© AR Ministry of DefenseAzərbaycan Respublikası Müdafiə Nazirliyinin binası
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 17.10.2021
Abunə olmaq
Ermənistan tərəfinin yaydığı əsassız məlumatlar həqiqətə uyğun deyil və tamamilə yalandır.
BAKI, 17 oktyabr — Sputnik. "Azərbaycan Ordusunun bölmələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqəti əks etdirmir və qarşı tərəfin növbəti yalanıdır".
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Erməni tərəfinin yalanlarına oktyabrın 15-də verilmiş cavab
Azərbaycan Ordusunun bölmələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə Ermənistan tərəfinin yaydığı əsassız məlumatlar həqiqətə uyğun deyil və tamamilə yalandır.
Müdafiə Nazirliyindən verilən məlumata görə, qarşı tərəf bu kimi yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır: “Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri istənilən təxribatların qarşısını qətiyyətlə alacaq”.
Müdafiə Nazirliyinin erməni tərəfinin yalanlarına oktyabrın 14-də verdiyi cavab
Oktyabrın 14-də erməni silahlı dəstələri arasında atışma olub, ölən və yaralananlar var. Müdafiə Nazirliyindən bildiriblər ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib.
"Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib.
İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var.
Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur", - məlumatda deyilir.
Eləcə də oxuyun:
* Füzuli istiqamətində qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirilib
* Azərbaycan MN: "Suqovuşandan Kəlbəcərə hərəkət edən mülki avtomobil karvanına atəş açılıb"
* Müdafiə Nazirliyi: Qarşı tərəfdən ölən və yaralananlar var
* Qarabağda erməni silahlıları yenidən terrora cəhd ediblər
Xəbər lenti
0