Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Peşə təhsili kredit sistemi ilə təşkil olunacaq

© Sputnik / Zulfiyya GuluyevaSənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi - Sputnik Azərbaycan, 1920, 15.10.2021
Abunə olmaq
Layihəyə əsasən, peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi diplom və ya sertifikat veriləcək.
BAKI, 15 oktyabr — Sputnik. Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi diplom və ya sertifikat veriləcək.
İnsan kölgələri - Sputnik Azərbaycan, 1920, 12.10.2021
TƏHSİL
Xaricdə təhsil adı altında fırıldaqların üstü açılıb
Yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradacaq və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılacaq. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınacaq.
Milli Məclisin Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, “Təhsil haqqında” qanuna dəyişiklik mütərəqqi xarakter daşıyır və insanların ali təhsilə əlçatanlığını artırır. O qeyd edib ki, dəyişikliyə əsasən, yüksək texniki peşə təhsili səviyyəsi üzrə dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır. Dəyişikliklər həm də insanların hüquqlarını genişləndirir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Eləcə də oxuyun:
* Azərbaycanda alimin elmi dərəcəsi ləğv edildi
* Bakıda iki universitetdə koronavirusa yoluxma halı qeydə alındı
Xəbər lenti
0