Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bakıda iki universitetdə koronavirusa yoluxma halı qeydə alındı

CC BY-SA 4.0 / Tərxan Paşazadə / Azərbaycan Dövlət Pedaqoji Universitetinin binasıAzərbaycan Dövlət Pedaqoji Universitetinin binası
Azərbaycan Dövlət Pedaqoji Universitetinin binası - Sputnik Azərbaycan, 1920, 14.10.2021
Abunə olmaq
Bunlar təhsil müəssisəsinin Sahil bağına yaxın və Həsən Əliyev ərazisində yerləşən korpuslarındakı qruplardır
BAKI, 14 oktyabr — Sputnik. Bakıda iki ali təhsil müəssisəsində tələbələr arasında koronavirusa yoluxma qeydə alınıb. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, bunlar Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universitetidir.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, keçən həftə sonunda universitetin bəzi qruplarında tələbələrdə COVID-19-a yoluxma qeydə alınıb. Buna görə 3 qrup distanta keçirilib. Bunlar təhsil müəssisəsinin Sahil bağına yaxın və Həsən Əliyev ərazisində yerləşən korpuslarındakı qruplardır.
Cavid Hüseynov onu da əlavə edib ki, universitetdə pandemiya səbəbindən mühazirələr həftədə iki dəfə onlayn, seminarlar isə həftədə üç dəfə ənənəvi formada keçirilir.
Azərbaycan Dillər Universitetin mətbuat katibi Ağa Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, bu məsələ araşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.
Xəbər lenti
0