https://sputnik.az/20211012/xaricde-tehsil-adi-altinda-firildaqlarin-ustu-acilib-434125040.html
Xaricdə təhsil adı altında fırıldaqların üstü açılıb
Xaricdə təhsil adı altında fırıldaqların üstü açılıb
Sputnik Azərbaycan
Baş Prokurorluq vətəndaşlara müraciət edərək, bu kimi dələduzluq halları ilə qarşılaşdıqda dərhal 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli "Qaynar xətt" əlaqə... 12.10.2021, Sputnik Azərbaycan
2021-10-12T12:08+0400
2021-10-12T12:08+0400
2021-10-12T12:08+0400
cinayət
təhsil
təhsil
xaric
azərbaycan
fırıldaq
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427926777_0:0:3073:1728_1920x0_80_0_0_136145456ca154c03394414fdee8f13a.jpg
BAKI, 12 oktyabr — Sputnik. Son zamanlar xaricdə təhsil almaq adı altında vətəndaşların müxtəlif məbləğlərdə pulunun dələduzluq yolu ilə ələ keçirilməsi halları artıb.Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, prokurorluq orqanları tərəfindən bu kimi neqativ halların aradan qaldırılması, habelə təqsirkar şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində kəsərli tədbirlər həyata keçirilir: "Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Bundan əlavə, qeyd edək ki, xarici ali təhsil ixtisaslarının tanınmasına fərdi qaydada baxıldığı üçün müvafiq ali təhsil sənədi əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmək zəruridir".Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək, bu kimi dələduzluq halları ilə qarşılaşdıqda dərhal 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.Eləcə də oxuyun:* Kooperasiya Universitetində yenilik: Elmlər doktoru üzrə doktorantlar hazırlanacaq* Şagird çox, sinif yox! Altmış şagirdin bir sinifdə oxumasının səbəbi* Bəzi kolleclərin təşkilati-hüquqi forması dəyişdirilir* Azərbaycanda 17 kollec publik hüquqi şəxs statusu alıb
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427926777_0:0:2731:2048_1920x0_80_0_0_053f2d496dab9b2bba97d11f36299c99.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cinayət, təhsil, xaric, azərbaycan, fırıldaq
cinayət, təhsil, xaric, azərbaycan, fırıldaq
Xaricdə təhsil adı altında fırıldaqların üstü açılıb
Baş Prokurorluq vətəndaşlara müraciət edərək, bu kimi dələduzluq halları ilə qarşılaşdıqda dərhal 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.
BAKI, 12 oktyabr — Sputnik. Son zamanlar xaricdə təhsil almaq adı altında vətəndaşların müxtəlif məbləğlərdə pulunun dələduzluq yolu ilə ələ keçirilməsi halları artıb.
Baş Prokurorluqdan
Sputnik Azərbaycan-a verilən məlumata görə, prokurorluq orqanları tərəfindən bu kimi neqativ halların aradan qaldırılması, habelə təqsirkar şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində kəsərli tədbirlər həyata keçirilir: "Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Bundan əlavə, qeyd edək ki, xarici ali təhsil ixtisaslarının tanınmasına fərdi qaydada baxıldığı üçün müvafiq ali təhsil sənədi əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmək zəruridir".
Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək, bu kimi dələduzluq halları ilə qarşılaşdıqda dərhal 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.
*
Kooperasiya Universitetində yenilik: Elmlər doktoru üzrə doktorantlar hazırlanacaq
*
Şagird çox, sinif yox! Altmış şagirdin bir sinifdə oxumasının səbəbi
* Bəzi kolleclərin
təşkilati-hüquqi forması dəyişdirilir