SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevin MDB Şurasında çıxışı: Qarabağ münaqişəsi keçmişdə qaldı

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fikri Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fikri Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışı - Sputnik Azərbaycan, 1920, 15.10.2021
Abunə olmaq
Prezident bildirib ki, uzun illər boyu davam etmiş danışıqlar prosesi nəticəsiz qaldı. Buna görə Azərbaycan münaqişəni hərbi-siyasi yolla həll etməyi qərara aldı.
BAKI, 15 oktyabr - Sputnik. Azərbaycanın Ağdam şəhərini Qafqazın Hirosiması adlandırırlar.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fikri Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında söyləyib.

Qarabağ münaqişəsi keçmişdə qaldı

"Qarabağ münaqişəsi keçmişdə qaldı, Azərbaycan münaqişəni hərbi yolla həll etdi", - Azərbaycanın dövlət başçısı qeyd edib.
Prezident bildirib ki, uzun illər boyu davam etmiş danışıqlar prosesi nəticəsiz qaldı. Buna görə Azərbaycan münaqişəni hərbi-siyasi yolla həll etməyi qərara aldı.
Dövlətimizin başçısı atəşkəsə nail olunmasında Rusiyanın rolunu vurğulayıb.

Qarabağda hərbi əməliyyatların dayandırılmasında Prezident Vladimir Putinin xüsusi rolu

"Hərbi əməliyyatların dayandırılmasında Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin xüsusi rolunu bir daha qeyd etmək istərdim. Bu, hər iki tərəfdən minlərlə insanın qurban getməsindən qaçmağa imkan verib", - Prezidenti İlham Əliyev deyib.
Azərbaycan Prezidenti vurğulayıb ki, Üçtərəfli Bəyanata müvafiq olaraq Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxarıb.
Prezident deyib: “O vaxta qədər Azərbaycanın Silahlı Qüvvələri döyüş meydanında 300-dən çox şəhəri və kəndi azad edib. Beləliklə, artıq qeyd edildiyi kimi, münaqişə hərbi-siyasi yolla həll edilib. Üçtərəfli Bəyanata uyğun olaraq, Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlıları yerləşdirilib. Nəqliyyat kommunikasiyalarının açılması məsələlərinin həlli üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb”.

İşğalın fəsadları barədə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında müharibədən sonra Azərbaycanın 150-dən çox vətəndaşının minaya düşərək həlak olduğunu, yaxud ciddi xəsarət aldığını deyib.
Prezident vurğulayıb ki, Ermənistan minalanmış sahələrin tam xəritələrini verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir.
“İşğaldan azad edilmiş ərazilərdə otuz il ərzində demək olar ki, bütün binalar, tarixi abidələr məhv edilib. Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb”, - deyən Azərbaycan Prezidenti qeyd edib ki, qalan iki məsciddə ermənilər donuz və inək saxlamaqla qəsdən müsəlmanların heysiyyatını təhqir ediblər.
Ermənistan Şuşa şəhərində işğala qədər mövcud olan 17 məscidin 16-sını dağıdıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin yardımı ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib.
Prezident vurğulayıb ki, işğal edilmiş ərazilərdə evlər və binalar kərpic-kərpic sökülüb, Ermənistana və İrana satılıb.
“Təbiətə də böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Azərbaycan İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb

Prezident İlham Əliyev Azərbaycanın Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağladığını bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan 30 il Ermənistanın nəzarəti altında olmuş İran ilə dövlət sərhədinin 130 kilometrlik hissəsində nəzarəti bərpa edəndən sonra keçən bir il ərzində Azərbaycanın Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb.
“Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”, - deyə Azərbaycan Prezidenti bildirib.

Azərbaycan sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırdır

"Müharibə və münaqişə tarixdə qaldı. Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, həmçinin Ermənistanla sülh sazişinə dair danışıqlara başlamağa da hazırıq", - İlham Əliyev qeyd edib.
Prezident deyib: “Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümid edirik ki, Ermənistan bu tarixi şansı əldən verməyəcək”.
Eləcə də oxuyun:
* Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib
* Ceyhun Bayramov və Sergey Lavrov üçtərəfli bəyanatın tam icrasını müzakirə ediblər
* MDB-yə üzv dövlətlər arasında vacib sənədlər imzalanıb
* Ceyhun Bayramov: "Azərbaycan Ermənistan ilə münasibətləri normallaşdırmağa hazırdır"
* Putin xüsusi xidmət orqanları rəhbərlərilə görüşdə əsas təhlükə qaynağını açıqladı
Xəbər lenti
0